Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-01-2026 , 12:41

425

Son xəbərlər

Bütün xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tehran Rəhmanov: “Təəssüf ki, iri vergi borcu olanların bəziləri bələdiyyəni bir qurum olaraq tanımaq istəmir”


“Ötən il ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət bələdiyyələrin, bu sırada Türkan bələdiyyəsinin  inkişafında da öz təsirini göstərmiş oldu”-  bu fikri Belediyye.infoya Xəzər rayonu Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov deyib.

Sədr qeyd edib ki, bələdiyyələr də ölkəmizdə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub və ölkədə aparılan islahatlar, artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz müsbət təsirini göstərməkdədir.

Bələdiyyə olaraq başlıca məqsədimiz yerli əhəmiyyətli məsələlərin həllinə nail olmaq,  fəaliyyətimiz isə seçicilərimizin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Qarşıda duran bu yerli əhəmiyyətli məsələlərin həll edilməsi üçün bələdiyyənin fəaliyyətində yerli büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib, real gəlir mənbələri müəyyənləşdirilib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Kollektivin səyi  və  daimi yenilənən BAMS-proqramının verdiyi imkanlardan ciddi şəkildə istifadə etməklə ötən il büdcə gəlirlərimizi 70 min manat ətrafında edə bilmisik.

Sədr qeyd edib ki,  hər bir bələdiyyənin uğuru vergi-uşot sisteminin necə qurulmasından çox asılıdır. Ötən il BAMS proqramında bələdiyyə aid olan hissədəki təkrarçılıq halları aradan qaldırılmış,  bəzi ödəyicilər haqqında məlumatlarda dəqiqləşdirilmələr aparılmışdır. Proses bu ildə davam etdiriləcəkdir.  Bu gün ərazidəki sənədsiz əmlakların mövcudluğu, habelə tariflərin bu istiqamətdə aşağı səviyyədə olması nəticədə büdcə gəlirlərimizin də aşağı səviyyədə olmasına öz təsirini göstərmiş olur.

Kollektiv ilk növbədə çalışır ki, ərazidəki vergi ödəyiciləri haqqında məlumatı dəqiqləşdirməklə yanaşı, digər kənarda qalan vergi ödəyiciləri haqqında məlumatları da  BAMS proqramına əlavə etsin. Hazırda 6.390 vergi ödəyicisi haqqında məlumatlar proqrama əlavə edilib ki, onun da 2566 torpaq vergisi, 3524 isə əmlak vergisi ödəyənlərdir.  Ancaq bələdiyyənin vergi xidmətinin apardığı təhlilərə görə, ümumi vergi uçotuna düşəsi olan təsərrüfatların sayı 9936 bərabərdir. Bugün kənarda qalan vergi ödəyicilərin vergiyə cəlb edilməsi üzərində ciddi iş aparılır.

Bununla yanaşı əsas fəaliyyət istiqamətlərindən biri də qəsəbədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bu gün bələdiyyə olaraq sahibkarlıq fəaliyyəti göstərən hər bir fiziki şəxsə bələdiyyə olaraq öz dəstəyimizi göstərir vu bunu özümüzə borc bilirik. Nəzərə alsaq ki, hər bir sahbikarın müəssisəsində həm də qəsəbə sakinləri işlə təmin olunur, bu məqamda bələdiyyə bu dəstəyi göstərməyi özünün vəzifəsi hesab edir.

Sədr qeyd edib ki,  büdcə gəlirlərimizdəki hədəfimiz olan  100 min manata çatdırmaqla həm də vətəndaşlara göstərilən xidmət səviyyəsini  artırmaq niyyətindəyik. Bu gün hər bir bələdiyyə vətəndaş məmnunluğunu təmin etmək üçün ilk növbədə büdcə gəlirlərinin artırılması barədə düşünməklə yanaşı, seçicilərinin qaldırdığı problemlərin həllinə nail olmalıdır.

Hazırda vergi xidmətinin  əsas fəaliyyət istiqamətlərindən biri də debitor borcların yığılmasıdır.

Çox təəssüf ki, bəzən iri vergi borcu olanların əksəriyyəti bələdiyyəyə olan borcu ödəmək niyyətində olmur. Ərazimizdə 1000-3000 manat  ətrafında vergi borcu olanlarla ciddi işlər aparırıq. Son nəticədə bələdiyyə iclasının təqdimatı ilə tərtib etdiyimiz aktları icra və probasiya xidmətinə göndərmək məcburiyyətindəyik.

Bu tədbirlərin daha layiqli həyata keçilməsi  üçün bələdiyyənin vergi xidməti BAMS-ın yaratdığı imkanlardan istifadə etməyə çalışırıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
836