Xətai bələdiyyəsinin inzibati binasında YAP üzvləri ilə görüş keçirilib
2026-cı il yanvar ayının 6-da Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “Məzahir Rüstəmov küçəsi 21” ünvanı üzrə (Xətai Bələdiyyəsi) ərazi partiya təşkilatında YAP üzvləri ilə görüş keçirilib.
Görüşdə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, sədr
müavini Vüqar Hüseynov, təşkilatın əməkdaşları
Təranə Paşayeva, Ülvi Abbasov, Xətai Bələdiyyəsi üzrə ƏPT-nin sədri Elşad Vəliyev,
onun müavini Nərminə Hacıyeva və ƏPT-nin qeydiyyatında olan partiya üzvləri
iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil
Mirzəyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf
yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O, Ulu Öndər
Heydər Əliyevin siyasi irsinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini vurğulayıb, yerli partiya təşkilatlarının fəaliyyətinin
partiyanın güclənməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Xətai Bələdiyyəsi üzrə Ərazi Partiya Təşkilatının sədri
Elşad Vəliyev öz çüxışında rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat
verib. O, Xətai Bələdiyyəsində həyata keçirilən sosial və ekoloji layihələrdə
partiya üzvlərinin fəal iştirak etdiyini, qarşıdakı dövrdə də bu istiqamətdə
işlərin davam etdiriləcəyini bildirib.
Daha sonra çıxış edən natiqlər - Nərminə Hacıyeva və Rövşən
Məmmədov qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da
inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul
etdiyi qərarlar Azərbaycan dövlətinin
daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək.
Tədbir Yeni Azərbaycan Partiyasının ideyalarına sədaqətin ifadə olunması və gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələrlə davam edib.
Rəylər
0 Rəy