Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

Tanınmış professor Novruz Allahverdi dünyasını dəyişib

01-04-2023, 20:38

Son xəbərlər

Bütün xəbərlər

Prezident Fərman imzaladı 

Fərman
17-04-2024 00:32

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Allah rəhmət eləsin
- +
Tanınmış professor Novruz Allahverdi dünyasını dəyişib

Tanınmış alim, Türkiyənin Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü, professor Novruz Allahverdi dünyasını dəyişib. Çoxsaylı elmi araşdırmaların və monoqrafiyaların müəllifi olan Novruz Allahverdi 9 may 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. 1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik institutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır. 1976-1979-cu illərdə Moskva Energetika institutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək 1979-cu ildə texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Bundan sonra Azərbaycan Politexnik institutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1992-ci ildən Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Sonuncu iş yeri KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü vəzifəsi olmuşdur. Tanınmış alim öz vəsiyyətinə uyğun yaşadığı Konya şəhərində “Yazır” qəbrstanlğında torpağa tapşırılıb. Tələbəsi olmuş Fahrettin Horasan müəllimi haqqında bu fikirlər qeyd etməyi özünə borc bilib: “Müəllimlərin müəllimi, həmişə beynimdə öz gözəl təkrarsız dili ilə verdiyi dərslər, insanı incitməyən danışıq tərzi... O, əsl alim idi. Onun mühazirələrini həmişə maraqla dinləyirdim. Mən onu həqiqətən sevdim. Həmişə deyərdim ki, get gör. Öyrəndim ki, müəllimim Novruz Allahverdi dünyasını dəyişib. Cənab, ümid edirəm ki, siz həmişə öz təlimlərinizlə, elmə və bəşəriyyətə verdiyiniz töhfələrlə burada olacaqsınız. Mən sizin tələbəniz olmaqdan xoşbəxtəm. ALLAH RəHMəT ELəSIN.”

Digər xəbərlər

Abşeronda yeni qəsəbə yaradıldı

Gündəlik Xəbərlər
06-04-2024

 Yasamal rayonunda abadlıq işləri davam etdirilir


Azərbaycan Bələdiyyələri
04-04-2024

Şirvan Bələdiyyəsində tədbir keçirildi

Gündəlik Xəbərlər
03-04-2024