Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-03-2025 , 09:52

423

Son xəbərlər

Bütün xəbərlər

Allah rəhmət eləsin!

Region
- +

Günel Ağayeva: "BAMS proqramında tətbiq edilən SMS  xidmətinin aktivləşdirilməsi büdcə gəlirlərində  müsbət irəliləyişə səbəb olacaqdır"

"Birləşdirmə ilə əlaqədar bələdiyyə yenidən formalaşdırıldığından hazırda sənədləşmə işi aparırıq"- bu barədə fikirləri Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva bildirib. 

Sədrin sözlərinə görə, hazırda  bələdiyyənin hər hansı quruma borcu yoxdur və bank hesabında müəyyən vəsaitdə vardır. Sənədləşdirmə işini sürətlə aparmaqla sakinlərin qaldırdığı problemlərin həllinə çalışırıq. 

İstər əvvəl, istərsə də birləşdirmədən sonra hər bir müraciətə diqqət yetirilməklə yanaşı, onun həlli üşün addımlar hər daim atılır. 

Bələdiyyə iclasında əsasən sakinlərin qaldırğı problemlərkəndarası  yolların təmiri, küçələrə adalrın verilməsi, kənd qəbirstanlıqlarının hasarlanması, aztəminatlı ailələrə maddi yardımların edilməsi, habelə yol kənarlarına zibil qablarının qoyulması  müzakirə edilərək icrası ilə bağlı qərarlar verilib.

Sədr qeyd edib ki, bütün məslələrin  həlli maliyyə tələb edir. Belə bir məqamda büdcə gəlirlərinin artırlmasına yenilənmiş BAMS proqramında tətbiq edilən SMS  xidmətinin aktivləşdirilməsi büdcə gəlirlərində müsbət irəliləyişə səbəb olacaqdır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər