Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-04-2023 , 06:38

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Zərdab bələdiyyələri torpaq satışını iki dədə artırıblar

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə  Zərdab rayonunda formalaşan 27 bələdiyyənin büdcə gəliri 221.700 manat olub. Bu 2021-ci illə müqayisədə 2.6 faiz azdır. 

Əldə edilən gəlirin 35.7 faizi vergilərdən, 64.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 23.6 faizi torpaq, 12.1 faizi əmlak vergisindən daxil olub. 

Zərdab bələdiyyələrinin büdcə gəlirinin 42.1 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Zərdab bələdiyyələri ötən il 28.300 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 2.1 dəfə çox deməkdir.  İl ərzində Zərdab bələdiyyələrinə 49.000 manat dotasiya ayrılıb. 

Zərdab bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 93.3 dəfə artıra biliblər. 

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 65.000 manat maliyyə vəsaiti daxil olub. 

Avtodayanacaqlardan 200 manat maliyyə vəsaiti daxil olub.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən və bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz