Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-04-2023 , 08:55

1565

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran bələdiyyələri ötən il 300 minlik torpaq satışı həyata keçiriblər

Şabran bələdiyyələri ötən il 300 minlik torpaq satışı həyata keçiriblər

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Şabran  rayonunda formalaşan 15 bələdiyyənin büdcə gəliri 568.500 manat olub. Bu 2021-ci llə müqayisədə 36  faiz artıq deməkdir.

Əldə edilən gəlirin  19.7  faizi vergilərdən, 80.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 14 faizi torpaq, 5.7 faizi əmlak vergisindən daxil olub.

 Şabran  bələdiyyələrinin büdcə gəlirinin 73.7 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

 Şabran  bələdiyyələri ötən il 305000 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 50 faiz çox deməkdir.  İl ərzində  Şabran  bələdiyyələrinə 35.300 manat dotasiya ayrılıb.,  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, avtodayanacaqlardan, bununla yanaşı bələdiyyə müəssisələrinin mənfəət vergisindən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər