Atabala Şeydayev: “Pirəbədil bələdiyyəsi Mumlu kəndinin daxili yollarında cari təmir işləri aparıb”
Pirəbədil bələdiyyəsi tərəfindən Mumlu kəndinin daxili yollarında cari təmir işləri həyata keçirilib. Görülən işlərin əsas məqsədi kənddaxili yollarda hərəkətin rahatlığını təmin etmək və sakinlərin gündəlik qarşılaşdıqları yol problemlərinin aradan qaldırılmasına töhfə verməkdir.
Bu fikirləri
Belediyye.infoya adışəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib.
Sədr
bildirib ki, alyihənin icrası zamanı sakinlərin müraciət və təklifləri nəzərə
alınıb. Bələdiyyə fəaliyyətində vətəndaşların ehtiyaclarının öyrənilməsinə,
onların müraciətlərinə diqqətlə yanaşılmasına və yerli problemlərin mərhələli şəkildə
həllinə xüsusi önəm verir.
Qeyd edək ki, həyata keçirilən layihə əvvəlcə bələdiyyə
iclasında müzakirə olunub və müvafiq qaydada təsdiq edildikdən sonra icrasına
başlanılıb.
Pirəbədil bələdiyyəsi bundan sonra da mövcud imkanlar çərçivəsində kəndlərin infrastrukturunun yaxşılaşdırılması, sakinlərin müraciətlərinin nəzərə alınması və əhalini narahat edən məsələlərin həlli istiqamətində işlərini davam etdirəcək.
Belediyye.info
Rəylər
0 Rəy