Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-10-2026 , 21:54

95

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Atabala Şeydayev: “Pirəbədil bələdiyyəsi Mumlu kəndinin daxili yollarında cari təmir işləri aparıb”


Pirəbədil bələdiyyəsi tərəfindən Mumlu kəndinin daxili yollarında cari təmir işləri həyata keçirilib. Görülən işlərin əsas məqsədi kənddaxili yollarda hərəkətin rahatlığını təmin etmək və sakinlərin gündəlik qarşılaşdıqları yol problemlərinin aradan qaldırılmasına töhfə verməkdir.

Bu fikirləri Belediyye.infoya adışəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib.

Sədr bildirib ki, alyihənin icrası zamanı sakinlərin müraciət və təklifləri nəzərə alınıb. Bələdiyyə fəaliyyətində vətəndaşların ehtiyaclarının öyrənilməsinə, onların müraciətlərinə diqqətlə yanaşılmasına və yerli problemlərin mərhələli şəkildə həllinə xüsusi önəm verir.

Qeyd edək ki, həyata keçirilən layihə əvvəlcə bələdiyyə iclasında müzakirə olunub və müvafiq qaydada təsdiq edildikdən sonra icrasına başlanılıb.

Pirəbədil bələdiyyəsi bundan sonra da mövcud imkanlar çərçivəsində kəndlərin infrastrukturunun yaxşılaşdırılması, sakinlərin müraciətlərinin nəzərə alınması və əhalini narahat edən məsələlərin həlli istiqamətində işlərini davam etdirəcək.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər