Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-10-2026 , 13:46

98

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova: “Əhalinin müraciət nəzərə alınaraq müvafiq tədbirlərin həyata keçirilməsi bələdiyyənin daim diqqət mərkəzindədir”

“Boradigah bələdiyyəsinin əhatə etdiyi Mollaoba kəndində sakinlərin rahatlığının təmin edilməsi və gündəlik gediş-gəliş şəraitinin yaxşılaşdırılması məqsədilə yeni dayanacaq yerləşdirilib”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Tünzalə Qardaşova deyib.

Sədr qeyd edib ki, görülən bu iş kənd sakinlərinin gündəlik ehtiyaclarının qarşılanmasına, ictimai şəraitin yaxşılaşdırılmasına və yerli infrastrukturun inkişafına yönəlmiş tədbirlərin tərkib hissəsidir. Yeni dayanacağın istifadəyə verilməsi sakinlərin, xüsusilə ictimai nəqliyyatdan istifadə edən vətəndaşların rahatlığına töhfə verəcək, onların nəqliyyat gözləyərkən daha əlverişli şəraitdən yararlanmasına imkan yaradacaq.

Boradigah bələdiyyəsi olaraq əsas məqsədimiz sakinlərin sosial rifahının yüksəldilməsinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına və kəndlərdə mövcud infrastrukturun mərhələli şəkildə inkişaf etdirilməsinə nail olmaqdır. Bu istiqamətdə əhalinin müraciət və ehtiyacları nəzərə alınaraq müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

Sədr bildirib ki, Boradigah bələdiyyəsi bundan sonra da öz səlahiyyətləri çərçivəsində əhalinin rifahına, kənd infrastrukturunun yaxşılaşdırılmasına və sakinlərin rahatlığının təmin olunmasına yönələn işləri davam etdirməyə çalışacaq.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər