Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-09-2026 , 18:11

75

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bilik günündə Saatlı bələdiyyəsi növbəti sosial aksiyaya imza atıb

Bilik Günü münasibətilə Saatlı Bələdiyyəsi tərəfindən Saatlı rayonu, Mollavaizli və Qazanbatan kəndlərindən olan sosial həssas əhali qruplarına, o cümlədən aztəminatlı ailələrə diqqət və qayğının göstərilməsi məqsədilə tədbir həyata keçirilib.

Tədbir çərçivəsində aztəminatlı ailələrin məktəbli övladlarına yeni tədris ili ilə bağlı məktəb ləvazimatları və zəruri tədris vasitələrindən ibarət yardım göstərilib , eyni zamanda  həssas təbəqədən olan şəxslərin müraciəti təmin edilərək ərzaq yardımı edilib.

Saatlı Bələdiyyəsinin sədri Aqil Heydərov ailələrlə görüşərək uşaqları yeni dərs ili münasibətilə təbrik edib, onlara təhsildə uğurlar, yüksək nəticələr və sağlam gələcək arzulayıb.

Bələdiyyə sədri tərəfindən bildirilib ki, uşaqların təhsilə əlçatanlığının dəstəklənməsi, sosial həssas ailələrə diqqət göstərilməsi və onların problemlərinin həllinə mümkün töhfənin verilməsi fəaliyyətin əsas istiqamətlərindən biridir və Saatlı Bələdiyyəsi bundan sonra da əhalinin sosial rifahının yüksəldilməsi, aztəminatlı ailələrin və uşaqların dəstəklənməsi istiqamətində müxtəlif sosial təşəbbüsləri davam etdirəcək.

Saatlı bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər