Tural Ağammədov: “Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub”
“Cari ilin avqust ayında Masallı bələdiyyəsi olaraq əldə etdiyimiz vəsaitin həcmi 78.660 manata bərabər olub. Əldə edilən vəsaitin 24.697 manatı əmlak vergisindən, 14.401 manatı torpaq vergisindən, 39.000 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 561 manatı mehmanxana rüsumlarından daxil olub”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Tural Ağammədov deyib.
Sədr
deyib ki, 2024-cü illə müqayisədə cari ilin avqust ayında büdcə gəlirlərində 60 faizlik artım müşahidə olunub. Belə ki, 2024-ci
ilin avqust ayında əldə edilən 48.925 manatın
12.195 manatı əmlak vergisindən, 2.970 manatı torpaq
vergisindən, 33.760 manatı bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsindən daxil olmuşdur.
Sədr
qeyd edib ki, əmlak vergisində 102 faizlik,
torpaq vergisində isə 3.9 dəfəlik artım müşahidə olunub.
Sədr
bildirib ki, əsas məqsədimiz büdcə gəlirlərini artırmaqla vətəndaş məmnunluğunu
təmin etməyə çalışmaqdır. Odur ki, bu gün vergi xidmətinin əməkdaşları tərəfindən
bələdiyyənin vergi uçot sistemindəki çatışmazlıqlar, təkrarçılıq halları, habelə vergi ödəyicilərinin əlaqə məlumatlarının dəqiqləşdirilməsi
həyata keçirilir.
İnanırıq ki, kollektivin birgə səyi ilə qarşıya qoyulan məqsədə çatacağıq.
Belediyye.info
Rəylər
0 Rəy