Arif Cavadov: “Büdcə gəlirlərini artırmaqla maddi-mədəni irsimizin qorunmasına və mühafizəsinə töhfəmizi verməyə hazırıq”
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Oğuz bələdiyyəsinin inzibati binasında keçirilən sonuncu görüşdə bələdiyyənin sədri Arif Cavadov, üzv və bələdiyyə qulluqçuları iştirak ediblər.
İctimai birliyin sədri Vüqar Cəfərov iştirakçılara layihənin icrası, məqsədi və vəzifələri
barədə ətraflı məlumat verib. Layihə çərçivəsində hər birində iki gün
olmaqla doqquz şəhər bələdiyyələrində görüşün
keçirildiyini, həmçinin şəhərlərdə fəaliyyətdə olan tarix-diyaşünaslıq muzeylərini
və dövlət qeydiyyatında olan maddi-mədəni
irs nümunələrinin ziyarət edildiyini, o cümlədən hər bir görüşdə bələdiyyələrin
üzv və qulluqçuları tərəfindən maraqlı təkilflərin
səsləndirildiyini qeyd edib. Bu görüşədək isə artıq Cəlilabad, Masallı, Yardımlı,
Siyəzən, Şabran, Xaçmaz, Quba və İsmayıllı rayonlarının hər birində iki
gün olmaqla davam edən görüşlər keçirilib.
Vüqar Cəfərov tolerant şəhər kimi formalaşan Oğuz rayonunda
çoxsaylı tarixi və memarlıq irsə sahib olduğunu qeyd edib. Birlik sədri
qeyd edib ki, bu gün hər bir yerli və mərkəzi icra hakimiyyəti orqanının, o cümlədən bələdiyyələrin
də əsas məqsədlərindən biri bu tarixi irsə sahib
çıxmaqla və onu gələcək nəslə olduğu kimi çatdırmaq olmalıdır. Və bu işdə hər birimiz
vətəndaş olaraq öz töhfəmizi verməyə borcluyuq.
Vüqar Cəfərov Nazirlər Kabinetinin 2 avqust 2001-ci il
tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində
dövlət mühafizəsində götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət
dərəcələrinə görə bölgüsü"ndə Oğuz rayonunda 13 yerli əhəmiyyətli tarix və mədəniyyət abidənin
qeydə alındığını bildirib. Onun da üçü şəhərdə, digərləri isə rayon ərazisində yerləşir.
Oğuz bələdiyyəsinin sədri Arif Cavadov bələdiyyənin son illərdəki fəaliyyətinə
toxunaraq büdcə gəlirlərinin artırlamsı üçün vergi xidməti orqanının ciddi şəkildə
çalışdığını qeyd edib. Məhz bu səbəbdən büdcə gəlirlərində bir sıra irəliləyişlərimiz
var. Lakin əldə olunan gəlirlər nəzərdə tutduğumuz layihələrin icrasına imkan
vermir. Ancaq butun bu çətinliklərə baxmayaraq maddi-mədəni irsimizin qorunmasında bələdiyyənin
də öz töhfəsini verməyə çalışır. Sədr bu gün müzakirə edilən mövzunun aktual
olduğunu da qeyd etməyi unutmayıb.
Bələdiyyə sədri daha sonra bildirib ki, maddi-mədəni
irsimizin qorunması hər bir bələdiyyədən maliyyə vəsaiti tələb edir. Büdcə gəlirlərini artırmaqla bizdə bələdiyyə olaraq maddi-mədəni
irsimizin qorunmasına və mühafizəsinə öz töhfəmizi verməyə hazırıq.
Yekunda görüş iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb və xatirə şəkli çəkilib.
Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və 2010-cu ilin fevral ayında rəsmi dövlət
qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin
fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.
Belediyye.info
Rəylər
0 Rəy