Amaliya Əmənova: “Müəyyən maliyyə çətinliyinə, əvvəlki illərdən yığılıb qalmış DSMF borcunun olmasına baxmayaraq…”
“Bələdiyyə olaraq əsas vəzifəmiz xalqa xidmətdən keçməlidir.
Məhz bu xidməti layiqincə göstərmək üçün bələdiyyənin azsaylı kollektivi var
qüvvəsi ilə çalışır”- bu fikirləri Belediyye.infoya Cəlilabad rayonu, Muğan bələdiyyəsinin
sədri Amaliya Əmənova deyib.
Xanım sədr qeyd edib ki, müəyyən maliyyə çətinliyi ilə,
habelə əvvəl ki illərdən yığılıb qalmış DSMF borcunun olmasına baxmayaraq,
kollektiv həm verğilərin toplanılması, həm borcların bağlanılması, həm də
sakinlərin müraciətlərinə baxılmasına çalışır.
Sədr qeyd edib ki, 2025-ci il yanvar seçkilərindən sonra
Kazımabad bələdiyyəsi Muğan bələdiyyəsinə birləşdirildiyindən bələdiyyənin əhatə
etdiyi kəndlərin sayı bir xeyli artıb. Hazırda bələdiyyənin inzibati ərazisinə
Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndləri daxildir.
Xanım sədr açıqlamasında daha sonra qeyd edib ki, bələdiyyə
iclasının qərarı ilə bələdiyyənin əhatə etdiyi kəndlərdə məhəllədaxili küçələrdə
cari təmir işləri davam etdirilməkdədir.
Ardıcıl olaraq həyata keçirilən bu layihənin icrası kənd sakinlərinin ürəyincə olub.
Rəylər
0 Rəy