Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-05-2026 , 11:35

110

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Örüş sahələrinin monitorinqi həyata keçirilib

“Bu gün Babaser kəndində Boradigah bələdiyyəsinin ehtiyat fonduna aid torpaqların və bələdiyyənin ümumi istifadəsində olan örüş sahələrinin monitorinqi həyata keçirilmişdir”- bu barədə Belediyye.infoya məlumatı Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşova deyib.

Sədr qeyd edib ki, aparılmış monitorinq zamanı ümumi istifadədə olan örüş sahəsinin fərdi qaydada istifadə edildiyi müəyyən olunmuşdur. Bununla bağlı vətəndaşla profilaktik söhbət aparılmış, örüş sahələrinin kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulduğu diqqətə çatdırılmışdır.

Qeyd olunan məsələ ilə əlaqədar yaxın günlərdə Babaser kəndində səyyar görüşün keçirilməsi planlaşdırılır. Görüş zamanı kənd ərazisində yerləşən örüş sahələrinin istifadəsi qaydaları barədə sakinlərə yenidən ətraflı məlumat veriləcəkdir.

Belediyye.info







Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər