Örüş sahələrinin monitorinqi həyata keçirilib
“Bu gün Babaser kəndində Boradigah bələdiyyəsinin ehtiyat fonduna aid torpaqların və bələdiyyənin ümumi istifadəsində olan örüş sahələrinin monitorinqi həyata keçirilmişdir”- bu barədə Belediyye.infoya məlumatı Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşova deyib.
Sədr
qeyd edib ki, aparılmış monitorinq zamanı ümumi istifadədə olan örüş sahəsinin
fərdi qaydada istifadə edildiyi müəyyən olunmuşdur. Bununla bağlı vətəndaşla
profilaktik söhbət aparılmış, örüş sahələrinin kənd sakinlərinin ümumi istifadəsi
üçün nəzərdə tutulduğu diqqətə çatdırılmışdır.
Qeyd olunan məsələ ilə əlaqədar yaxın günlərdə Babaser kəndində səyyar görüşün keçirilməsi planlaşdırılır. Görüş zamanı kənd ərazisində yerləşən örüş sahələrinin istifadəsi qaydaları barədə sakinlərə yenidən ətraflı məlumat veriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy