Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-08-2026 , 19:44

42

Son xəbərlər

Bütün xəbərlər

Keçmişdən gələcəyə - toplaşaq muzeylərə!

Elmi-Praktik Məsələlər
07-08-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

“Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası

Salmanlı Fərman Nelman oğlu

Bələdiyyə məslələri üzrə ekspert

E-poçt:salmanlif80@gmail.com

Müasir urbanizasiya proseslərinin sürətlənməsi və rəqəmsal transformasiyanın geniş vüsət alması şəhər mühitində sosial strukturun yenidən formallaşmasına gətirib çıxarmışdır. Bununla belə, sözügedən transformasiya fərdlərin lokal icma həyatından təcrid olunması, sosial kapitalın aşınması və yerli həmrəylik mexanizmlərinin zəifləməsi kimi konseptual problemləri də bərabərində gətirir. Bu məqalədə sakinlərin yerli icma qarşısında sosial və etik məsuliyyətinin strukturlaşmış elmi təhlili təqdim olunur. Təqdiqat çərçivəsində könüllülük fəaliyyətinin sosial kapitalın möhkəmlənməsinə, icma layihələrinin səmərəli həyata keçirilməsinə, sakinlərin icma rifahına və inkişafına verə biləcəyi tövhələr araşdırılır. Məqalədə icmanın inkişafı naminə yeni bir məsuliyyət modeli irəli sürlür. İşin əsas məqsədi sakinlərin passiv müşahidəçidən fəal icma subyektinə çevrilməsi və bu fəaliyyətin icma qarşısında mənəvi öhdəlik həmçinin məsuliyyət kimi qəbul edilməsi  mexanizmlərini əsaslandırmaqdır.

 

Tədqiqatın məqsədi və məsələnin qoyuluşu:

 

Müasir dövürdə cəmiyyətlərin üzləşdiyi  əsas sosioloji problemlərindən biri fərdiyyətçiliyin güclənməsi və sosial bağların zəifləməsidir. Bu tendensiya fərdlərin mənsub olduqları yerli icmalar qarşısında sosial məsuliyyət hissinin zəifləməsinə, yerli problemlərin həllində passivliyə və sosial bağların tədricən qırılmasına səbəb olur. Halbuki, insan psixologiyası sosial xarakter daşıyır (1,s.8).

 

Xüsusilə rəqəmsal transformasiya və sosial şəbəkələrin geniş yayılması fərdlərin ünsiyyət formalarını köklü şəkildə dəyişdirmişdir.

 

Sakinlərin passiv müşahidəçi mövqeyinə keçməsi yerli özünüidarəetmə və icma inkişafı layihələrinin səmərəliliyinə mənfi təsir göstərir. Sakinlərin bir çoxunun  cins, irq, din və sosial status fərqliliklərinə görə yerli  təşəbbüslərdən kənarda qalması, icma daxilində həmrəyliyin zəifləməsinə, yerli qərarların qəbulunda və icma problemlərinin həllində təşəbüskarlıq göstərməməsi onların fərdi potensialını və könüllülüyün resurslarının sistemli şəkildə səfərbər olunmamasna səbəb olur. Bu baxımdan fərdləri icmannn inkişafı naminə səfərbər edə biləcək yeni konseptual yanaşmanın işlənilməsi böyük zərurət kəsb edir. Sözügedən yeni nəzəriyyə sakinlərin icma qarşısndakı sosial məsuliyyət şüurunu artırmaqla onların könüllü fəaliyyətinə zəmin yaratmalıdr.

 

Xüsusən köç alan şəhər və qəsəbələrdə miqrasiya müxtəlif etnik qrupların qarışmasına, etnik və dini cəhətdən yekcins olmayan cəmiyyətlərin yaranmasına zəmin yaradır (5,s.82).

 

Bu çərçivədə, müxtəlif irq, din, cins və sosial duruma aid olan fərdlərin yaşadıqları mühitə inteqrasiyası və icma bağlılığının bərpası üçün dayanıqlı sosial həmrəylik modellərinin tətbiqi şəhər idarəetməsinin  prioritet istiqamətlərindəndir. Hazırlanacaq yeni model könüllülük fəaliyyəti ilə ictimai məsuliyyət anlayışlarını effektiv şəkildə uzlaşdırmaldır.

 

Təqdim olunan tədqiqat çərçivəsində sakinlərin yerli icma qarşısında sosial və etik məsuliyyətinin strukturlaşmış analizi aparılır. Eyni zamanda, könüllülük fəaliyyətinin sosial kapitalın möhkəmlənməsinə, resursların optimallaşdırlmasına və yerli inkişaf layihələrinə töhfəsi elmi-metodoloji müstəvidə təhlil edilir.

 

Təklif etdiyim “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti”  modeli fərdin yaşadığı məntəqənin ictimai həyatında könüllü iştirakını özündə ehtiva edən sosial-ictimai yanaşmadır. Konsepsiya könüllülük və icma qarşısında sosial məsuliyyət adlanan iki əsas anlayışı bir modeldə özündə birləşdirir. şəxsin öz sərbəst iradəsi ilə heç bir maddi mənafe və ya əmək haqqı güdmədən, cəmiyyətə və ya ətraf mühitə fayda vermək üçün zamanını, bilik və bacarıqlarını sərf etdiyi təmənnasız fəaliyyət növüdür. Sosial kəliməsi isə latınca “sosialis” sözündən götürülmüşdür və mənası cəmiyyət anlayışına uyğun gələn “ümümi” və ya “ictimai” mənasını verir ( 2, s. 122).

 

İrəli sürdüyüm yeni modeldə əsas prinsip şəxsin yalnız hüquqlarını tələb etməklə fəaliyyəti passivləşən sakin deyil, eyni zamanda icma qarşısında vəzifələrinində dərk edən və əməli fəaliyyəti ilə icmanın inkişafına töhvə verən icma üzvünün aktiv fəaliyyətidir. Jan Jak Russo “İctimai müqavilə” nəzəriyyəsində bu məsələyə toxunaraq sakinlərin öz güclərini və hüquqlarını icmanın ümumi mənafeyi naminə birləşdirməsinin fərdi passiv subyekt olmaqdan çıxararaq icma inkişaf modelinin məsuliyyəti və aktiv iştirakçısına çeviridiyini qeyd etmişdir (11, s.14).

 

Könüllülük və sosial məsuliyyət anlayışlarının birləşməsi ilə formalaşmış bu konsepsiya fərdlərin yaşadığı icmanın məsələn məhəllənin, kəndin, qəsəbənin və ya şəhərin sosial, iqtisadi və mədəni inkişafına aid məsələlərdə təşəbbüskar və aktiv iştirakını əsas tutmaqla bir növ fərdin üzərinə mənəvi məsuliyyət yükləyir. Bu konsepsiya əsasən hər bir sakinin öz bilgisi, bacarığı və mənəvi dəyəri ilə icmanın rifahı, inkişafı və təhlükəsizliyi naminə könüllü iştirak etməyi nəzərdə tutan,  “hər sakin bir könüllü olmalıdır” prinsipinə əsaslanır.

 

Bu yeni modeldə heç bir məcburiyyət yoxdur, hüquqi öhdəlik yoxdur və fərdin daxili istək və mənəvi dəyərlərinin təzahürü olaraq ortaya çıxmalıdır. Hər bir sakin könüllülüyü etik öhdəlik kimi şüurlu olaraq qəbul etməli və sosial həmrəyliyi inkişaf etdirməlidir. Şəxs könüllü fəaliyyəti ilə cəmiyyətin və digər şəxslərin xeyrinə fəaliyyət göstərməlidir. Bunu icma qarşısında xidmət olaraqda adlandırmaq mümkündür. Konsepsiyada nəzərdə tutulan fərdin məsuliyyəti  dedikdə heç bir inzibati məcbur etmə mexanizmi olmadan şəxsin mənəvi məsuliyyəti və ya sosial cavabdehlik daşıması başa düşülməlidir. “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti”  konsepsiyası ilk öncə fərdlərə ekosistemin ayrılmaz parçası olduğunu dərk etməyə dəvət edir.

 

Həyatın davamlılığının yaşadığımız dünyanın ekosisteminin davamlılığna bağlı olduğunu və hər bir şəxsin könüllü olaraq dünyamızın ekosisteminə öz yaşadığı icma daxilində tövhə verməyin vəzifəsi olduğunu bilməlidir. Bu barədə effektiv Alturizm hərakatının banilərindən biri Viliyam MacAskill qeyd edirdi ki, “İndi inanıram ki, dünyanın uzunmüddətli taleyi qismən bizim ömürümüz ərzində etdiyimiz seçimlərdən aslıdır. Gələk möhtəşəmdə, yaxud dəhşətlidə ola bilər (10, s.13).

 

Yəni hər bir sakin var olduğu və yaşadığı icma qarşısında sosial məsuliyyət daşıdığını, bu məsuliyyəti insanlığın və dünyamızın xoşbəxt gələcəyi naminə etməli olduğunu, icma üçün edəcəklərini heç bir maddi qazanc müqabilində deyil, könüllü olaraq həyata keçirəcəyini şüurlu sürətdə dərk etməlidir.

 

Kainatın və təbiətin daxili nizami strukturuna nəzər saldıqda aydın olur ki, mövcud olan hər bir canlı və ya cansız varlıq passiv, izole olunmuş və yalnız təktərəfli istehlakçı rolunda çıxış etmir. Təbiətdə var olmaq bilavasitə daxil olduğu ekosistemə müəyyən bir dəyər qatmaq və onun balansı üçün töhfə vermək deməkdir. Müasir sosial elmlərdə fərdin cəmiyyət qarşısında öhdəlikləri adətən hüquqi məcburiyyət və ya mənəvi xeyriyyətçilik konteksində izah edilə bilər. Lakin bu yanaşma məsuliyyəti fərd üçün xarici yük kimi təqdim edir.

 

Bəhs edilən konseptual modeldə isə sosial və ekoloji məsuliyyət insanın təbiətdən gələn varlıq şüurunun təbii zərurəti kimi əsaslandırılır. Təbiətdəki canlı və ya cansız hər bir ünsür daxil olduğu mühütdə eyni vaxtda çoxşaxəli fayda təmin edən sistemin halqasıdır. Məsələn ağac və bitki örtüyü sadəcə bioloji orqanizm deyil, eyni vaxtda o oksigen deposu, torpağın erroziyasının qarşısını alan sipərdi, canlılar üçün kölgəlik və sığınacaqdır, verdiyi meyvə və yarpaqlar qida zəncirinin bünövrəsidir,  həyat dövrünü  başa vurduqda isə gövdəsi ləvazimat olaraq və ya yeni həyatın yaranmasına xidmət edir.

 

Heyvanlar təbii instinkləri ilə ekosistemin balansını saxlayır, eyni zamanda əti, südü, dərisi, sümüyü və funksional fəaliyyəti ilə bütöv bir həyat dövriyyəsinin aparıcı qüvvəsi kimi çıxış edir. Hətta torpaq, su və hava kimi elementlər belə öz varlığı ilə canlılığıın davamlığı üçün zəmin  yaradır və resursların ötürücüsü rolunu oynayır. Göründüyü kimi təbiətdə sadəcə alıb verməyən tək bir ünsür belə yoxdur. Var olmaq sistemin ümumi fayda dövriyyəsinə inteqrasiya olunmaq deməkdir.

 

Ağaclar, heyvanlar və ya hər hansı elementlər ekosistemə tövhəni bioloji proqramlaşdırma, instink və ya təbiət qanunlarının təsiri ilə edir. İnsanın varlıq fərqi və fəlsəfi üstünlüyü məhz onun şüurunda, idrakında və seçim azadlığındadır. Biz insan olaraq anlamalıyıq ki, təbiətdən və cəmiyyətdən yalnız resurs mənimsəyən, lakin əvəzində heç bir ekoloji və sosial fayda istehsal etməyən fərd təbiətin daxili zəncirini qırır və sosial enerji istehlakçısı vəziyyətinə düşür. İnsan olduğumuz üçün biz təbiətin instinktlə etdiyini şüurumuzla, iradəmizlə və fəal addmlarımızla icra etməyə borcluyuq. İcma qarşısında sosial məsuliyyət kənardan tətbiq edilən inzibati bir qayda və ya müvəqqəti xeyriyyəçilik aksiyası deyil, insan olmağımızın fəlsəfi və bioloji şərti olmalıdır. Con Lok Hökümət haqqında iki traktat əsərində ilahiyyatçı Riçard Huklerə istinad edərək göstərir ki, təbiətin insanlara bəxş etdiyi bərabərlik sadəcə fərdi hüquqlar vermir, həmdə insanların bir-birinə borclu olduğu mənəvi öhdəliklərin, ədalət və yardımsevərlik prinsiplərinin əsasını təşkil edir ( 12, s. 14).

 

Con Lokun mənəvi öhdəlik yanaşmasının əksinə,  Tomas Hobs dövlətin olmadığı mühitdə insan fərdlərinin bir-biri ilə müharibə vəziyyətində olacağını vurğulayırdı. Hobsa görə, cəmiyyətdə bərabəriyi saxlayan amil könüllü yardımsevərlik deyil, dövlətin inibati və məcburi gücüdür (9, s. 94).

 

Cəmiyyətdə iki fərqi idarəetmə mühitinin varlığını əsaslandıran B.Barbere görə mərkəzi siyasətdən fərqli olaraq məhəllə və icma birlikləri sakinlərin ortaq problemləri həll etmək və birgə planlar qurmaq üçün könüllü şəkildə bir araya gəldiyi səmimi sosial məsuliyyət platformasıdı ( 6, s. 24).

 

Con Rolsun “Ədalət nəzəriyyəsində” cəmiyyətin əsas strukturları və hüquqi institutları fərdlərin qarşılıqlı münasibətlərini tənzimləyən təməl mexanizlər kimi yəni yuxarıdan aşağıya yönəlmiş təməl mexnizmlər ilə çıxış edir ( 7, s. 15-30).

 

İrəli sürdüyüm “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyasında isə Con Rolsun nəzərdə tutduğu ədalətli cəmiyyət idealı yalnız yuxarıdan-aşağıya tətbiq olunan dövlət mexanizmləri ilə deyil, həmdə sakinlərin öz icmalarına qarşı dərk etdiyi könüllü sosial məsuliyyəti hissi ilə tamamlandıqda real və davamlı nəticə verə bilər.

 

Fərd anlamalıdır ki, daxil olduğu icmanın abadlığı, sosial həmrəyliyi, ekoloji təmizliyi onun daxili borcudur. İcmanın inkişafına verilən hər bir tövhə istər fiziki əmək, istər bilik, istərsədə ekoloji qayğı fərdin öz yaşayış keyfiyyətinə birbaşa təsir edən simvolik dövriyyərdir. Dolayısı ilə, təbiətin hər bir elementi öz ekosisteminə xidmət etdiyi kimi, insanda şüurlu bir varlıq olaraq daima aid olduğu icma üçün faydalı olmağa çalışmalıdır. Robert Putnamın tədqiqatlarında göstərdiyi kimi, kollektiv fəaliyyət dilenmalarının aşılmasında və məsuliyyətdən yayınmanın aradan qaldırılmasında cəmiyyətin malik olduğu sosial kapital-yəni etimad, qarşılıqlı yardım normaları və sosial ünsiyyət həll edici rol oynayır. Bu cür dəyərlərin kök saldığı icmalarda fərdlərin könülü əməkdaşlığı və ümumi rifah naminə fəaliyyəti daha səmərəli şəkildə formalaşır (8 , s. 167)

 

Məlumdur ki, insan bütün dünyanı birdən-birə dəyişməyə qadir olmasa da öz icması daxilində faydalı işlər görmək imkanına və gücünə malikdir. Qlobal ekosistem insanının yaşadığı məhəllə və ya icmanın davamı, fərdin icması isə makro dünyanın mikro modelidir. Qlobal ekoloji və sosial problemlər fərd üçün hədsiz böyük və mücərrəd olduğu üçün bu mücərrədliyin aradan qaldırılmağının təsirli yollarından biri  “hər sakin bir könüllü” prinsipinə əsaslanan “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti konsepsiyasıdır.

 

Bələdiyyə İdarəetməsi Müstəvində Modelin İnstitusional Səmərəsi:

 

Konsepsiya tətbiqi prosesi necə olmalıdır? Əgər İcmaların daxilində “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyasnın fəlsəfi əsasları və faydaları haqqında marifləndirmə işləri aparılarsa və yeni modlel tətbiq edilərsə  icma üzvləri  öz peşəkar bilik və bacarıqlarnı əlavə resurs və maliyyə xərci çəkmədən birbaşa sosial faydaya çevirmək imkanı qazanacaqlar.

 

“Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyasının bələdiyyə idarəetməsində tətbiq edilməsi yerli özünüidarəetmə üçün səmərəli nəticələr verə bilər. Belə ki, sözügedən model bələdiyyələr üçün  həm institutsional,  həmdə praktiki baxımdan geniş imkanlar açaraq icma ilə yerli hakimiyyət arasında yeni əməkdaşlıq mexanizmləri formalaşdırır.

 

Yerli özünüidarəetmə orqanları bu konsepsiyanı tətbiq etməklə icmanın daxili potensialını səfərbər edərək, bələdiyyə büdcəsinə düşən yükü minumuma endirməklə yanaşı bələdiyyəyə olan ictimai etimad indeksinidə yüksəldəcəkdir. Çünki, fəaliyyəti subsidiarlıq prinsipi üzərində qurulmuş bələdiyyələr sakinlərə ən yaxın idarəetmə və qərarvermə orqanıdır.

 

Daha dəqiq ifadə etsək bələdiyyələr əslində elə icma üzvləri olan sakinlərin özlərinin yaratdığı müstəqil yerli  özünüidarəetmə institutudur. İcmalarda fərdlərin sosial məsuliyyətini dərk edərək könüllü fəaliyyət göstərməsi yerli özünüidarəetmə institutlarının dayanıqlı inkişafını təmin edir. Məsələn, konsepsiyanın mahiyyətini mənimsəmiş sakinin bələdiyyə vergi və ödənişlərininin ödənilməsini sadəcə inzibati məcburiyyət kimi deyil, mənəvi borc və icmaya şüurlu töhfə  olaraq dərk etməsi bu modelin praktiki səmərəliyinə əyani nümunədir.

 

Bu baxımdan məhəllə səviyyəsində icma təşəbbüslərinin yerli özünüidarəetmə orqanları və könüllülərin sıx koordinasiyası çərçivəsində icrası daha səmərəli nəticələr verə bilər. Sakinlərin iştirakı tamamilə könüllülük prinsipinə əsaslandığından hər hansı məcburiyyət hiss etməyən icma üzvləri öz vaxt və bacarıqlarına uyğun fəaliyyət sahəsini sərbəst şəkildə seçirlər.

 

Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti konsepsiyası" həyata keçirilərsə icma daxilində sosial əlaqələr möhkəmlənəcək, icma qarşısında məsuliyyətini dərk edən sakinlər yerli problemlərə daha həssas yanaşacaq, sosial məsuliyyət hissi güclənəcək, sakinlərin könüllü şəkildə icmanın xeyrinə fəaliyyətləri artacaq, ətraf mühütün qorunmasına daha çox əmək sərf ediləcək, yaşıllıqlar artacaq, abadlıq və təmizlik işləri daha geniş vüsət alacaq, sakinlərin liderlik və təşkilaçılıq qabiliyyətinin inkişaf etməsi nəticəsində həm fərdi, həmdə icma səviyyəsində inkişaf artacaq, yerli resursların daha səmərəli istifadəsi icmaların inkişafına şərait yaradacaq, vətəndaş iştirakçılığı sayəsində yerli səviyyədə demokratiya inkişaf edəcək, icma qarşısında məsuliyyətin dərk edilməsi  yerli səviyyədə inkişafa səbəb olacaq. Bələdiyyənin ərazisi abadlaşacaq, yerli problemlər həll olacaq, vergi yığımında və ianələrdə artım hiss ediləcək. Nəticədə bütün bunlar bələdiyyənin inkişafına öz töhfələrini verəcək.

 

İcma könüllülərinin fəaliyyəti  əsasən yaşıllaşdırma, yaşlılara xidmət, gənclərlə iş, təmizlik aksiyaları, mədəni tədbirlər, fövqaladə hallarda dəstək  və yerli özünüidarəetmə orqanlarnın yerli problemlərin həlli istiqamətində gördüyü işlərdə yaxndan iştirak kimi sahələri əhatə edir.

 

Konsepsiyanın Praktiki İdrəetmə Alətinə Çevrilməsi üçün 7 institusional Addım:

 

Bunları nəzərə alaraq  konsepsiyanın nəzəriyyədən praktiki idarəetmə alətinə çevirmək üçün yerli özünüidaretmə orqanları tərəfindən aşağıdakı institusional addmların atılması zəruridir:

 

1.     Marifləndirmə və icma İnfrastrukturu:

 

Konsepsiyanın fəlsəfəsi və mahiyyəti haqqında, broşürlər çap edib sakinlər arasında paylanılması və icmaların yaradılması istiqamətində tədbirlərin görülməsi:

 

2.     “Məhəllə İcma Şuralarının İnstitusionllaşdılması”:

 

Bələdiyyələrin nəzdində sakinlərin təşəbbüslərini birbaşa yerli qərarverici orqanının gündəliyinə inteqrasiya edən müstəqil iştirakçılıq strukturu təsis edilməlidir.Bunun üçün bələdiyyələrin nizamnamələrində və daxili əsasnamələrində icmalarn rolu rəsmiləşdirilir.Beləliklə icmalar ərazilərdən şikayət edən qruplar olaraq deyil bələdiyyələrin rəsmi olaraq tanıdığ məşvərətçi orqana çevrilir.

 

3.     Qərarvericilikdə Birbaşa iştirak:

 

Məhəllə daxilində ortaya çıxan problemlər və ya sakinlərin könüllü sosial təşəbbüsləri ilk olaraq icmada müzakirə olunur. İcmanın hazırladığı təkliflər birbaşa Bələdiyyə iclasının gündəliyinə məcburi olaraq baxılmalı məsələ kimi daxil edilir.

 

4.     Logistik və Resurs Dəstəyi Mexanizmləri:

 

Bələdiyyələr sakinlərin könüllü sosial layihələrinə birbaşa maliyyə ödənişi əvəzinə alətlər, avadanlıqlar, texniki dəstək, qapalı və ya açıq məkanlar və hüquqi məsləhət imkanı yaratmaldır.

 

5.     “İcma Bacarıq Bankı”nın yaradılması:

 

Rəssam, hüquqşünas, musiqiçi, müəllim, aqronom, telefon və kompüter təmirçiləri, İT mütəxəssisi və digər sahələr üzrə bilik və bacarğı olan icma üzvlərinin həftədə və ya ayda neçə saat könüllü vaxt ayıra biləcəyinin qeydiyyatı və invertarlaşdırılması aparılmalıdır.

 

6.     Ehtiyacların İnvertarlaşdırılması və Xəritələndirilməsi:

 

İcma daxilində ehtiyaclar müəyyənləşdirilməlidir. Buraya uşaq parklarında oturacaqların təmiri, ehtiyacı olan şagirdlərə dərs dəstəyi, yaşlı insanlara telefon və ya  kompüter barədə biliklərin verilməsi və digər məsələlər daxil ola bilər.

 

7.     Rəsmi Qiymətləndirmə və Motivasiya Mexanizmi:

 

Yerli vergiləri vaxtında ödəyən və ya digər sakinləri vergilərini ödəməyə təşviq edən, icmanın abadlaşdırılmasına könüllü töhfə verən fəal sakinlərin fəaliyyəti bələdiyyələr tərəfindən rəsmi olaraq qiymətləndirilməli, həvəsləndirici mükafatlar və fəxri adlar təyin edilməlidir.

 

Konsepsiyanın həyata keçirilməsi üçün icma daxili ehtiyaclar müyyənləşdirilməlidir. Burayda yaşayış məntəqəsində və ya məhəllədə mövcud çətinliklərin birgə müzakirə edilməsi və plan qurulması daxildir. fərdlərin icma daxilində məhəllələrin təmizliyi, abadlığı, öz bilik və bacarığı daxilində digər icma üzvlərinə dəstəyi, az təminatlı ailələr yardım, qocalara və ehtiyacı olan şəxslərə humanitar yardım göstərilməsi.

 

Tədqiqatın əsas məqsədi fərdlərin icma daxili proseslərdə aktiv iştirakını təmin edən "Sakininlərin icma qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyasının nəzəri-metodoloji əsaslarını işləyib hazırlamaq, sakinlərin könüllülük və sosial məsuliyyət dərəcəsini artıracaq praktiki tətbiq mexanizmlərini və davamlı icma inkişaf modelini müəyyən etməkdir.

 

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı konkret elmi və praktiki məsələlərin həlli nəzərdə tutulur:

 

Nəzəri bazanın sistemləşdirilməsi: Mövzu ilə bağlı klassik və müasir sosioloji, fəlsəfi nəzəriyyələri (sosial müqavilə, sosial kapital, vətəndaş məsuliyyəti və ictimai rifah yanaşmaları) konsepsiya prizmasından təhlil etmək.

Mövcud vəziyyətin diaqnostikası: Sakinlərin hazırkı sosial məsuliyyət səviyyəsini, bir-birinə və yerli təsisatlara olan etimad indeksini (sosial kapitalını) empirik metodlarla qiymətləndirmək.

Motivasiya və maneələrin müəyyənləşdirilməsi: Sakinləri yerli icma problemlərinin həllində təmənnasız (könüllü) fəaliyyətə sövq edən daxili mənəvi faktorları (altruizm) və onlara mane olan daxili/xarici amilləri aşkar etmək.

Resursların xəritələndirilməsi: İcmaların kənardan kömək gözləmədən, öz daxili insan potensialı və imkanları hesabına problemləri kollektiv şəkildə həll etmə bacarıqlarını (Asset-Based Community Development) analiz etmək.

Konsepsiyanın tətbiq mexanizminin qurulması: "Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" modelinin real həyatda (məsələn, pilot məhəllə və ya rayon miqyasında) tətbiq olunması üçün fəaliyyət alətlərini və stimullaşdırıcı metodları formalaşdırmaq.

Tövsiyələrin hazırlanması: Sakinlərdə aktiv vətəndaşlıq və "özünüidarəetmə" vərdişlərini gücləndirmək, habelə konsepsiyanın davamlılığını təmin etmək üçün yerli icma idarəçilərinə yönəlmiş elmi-praktiki tövsiyələr irəli sürmək.

“Konsepsiyanın Nəzəri-metodoloji Əsasları”

 

"Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyətı konsepsiyasının" nəzəri bazası  aşağıdakı fundamental sosioloji və fəlsəfi nəzəriyyələr üzərində qurulmuşdur:

 

1.     Sosial müqaviləvə nəzəriyyəsi(Social Contract Theory):

 

Sosial müqavilə nəzəriyyəsi  fərd ilə cəmiyyət və lokal icma arasındakı münasibətlərin fundamental fəlsəfi-hüquqi əsasını təşkil edir. Bu nəzəriyyənin əsas klassik nümayandələri olan Tomas Hobbs, Con Lok və Jan Jak Russoya görə fərdlər müəyyən hüquq və azadlıqlarını icma qarşısında öhdəliklərlə əvəz edir, cəmiyyət isə onların təhlükəsizliyini və rifahını təmin edir. Bu ikitərəfli  sosial müqavilə nəticəsində fərdlər və cəmiyyət araşında qarşılıqlı etimad və bağlılıq yaranır. Beləliklə, sosial müqavilə hər iki tərəf üçün müəyyən məsuliyyət yaradır və sakini  öz cəmiyyətinin inkişafınnda aktiv iştirakçıya çevirir. Bu ikitərəfli konsensus subyektlər arasında qarşılıqlı etimad, legitimlik və üzvi bağlılıq formalaşdırır.

 

"Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası çərçivəsində “Sosial müqavilə nəzəriyyəsinin” metodoloji interpretasiyası və tətbiqi:

 

Tədqiqatın metodoloji strukturunda sosial müqavilə prinsipləri sadəcə klassik fəlsəfi doktrina kimi deyil, lokal icma idarəçiliyinin funksional-struktur aləti kimi tətbiq olunur. Bu yanaşma aşağıdakı konseptual mexanizmlər vasitəsilə metodolojiləşdirilir:

 

Asimmetrik Münasibətlərin Transformasiyası (İstehlakçı paradiqmasının dəyişməsi): Ənənəvi yanaşmada sakin yerli idarəetmə orqanlarından (bələdiyyə və ya dövlət orqanlarından) yalnız birtərəfli xidmət gözləyən passiv "istehlakçı" rolundadır. Sosial müqavilə modelinin icmaya tətbiqi sakini bu passiv roldan çıxarır. Metodoloji baxımdan bu yanaşma sakinin lokal hüquqları ilə sosial öhdəlikləri arasında dinamik balans yaradılır.

Deliberativ (Müzakirəli) İştirakçılıq və İnstitusionallaşma: Sosial müqavilə prinsipləri sakinlərin icma daxilində kollektiv qərarların qəbulu prosesində aktiv iştirakçıya çevrilməsini tələb edir. Bu kontekstdə "sosial məsuliyyət" anlayışı mənəvi çağırış elementindən çıxaraq, fərdin icmanın dayanıqlı inkişafında pay sahibi olmasını qanuniləşdirən institusional-davranış metodu funksiyasını yerinə yetirir.

2.     Sosial Kapital nəzəriyyəsi(Social Capital):

 

Sosioloji müstəvidə sosial kapital fərdlərin və qrupların arasında qarşılıqlı etimad ortaq mənəvi və hüquqi  normaları, şəbəkələşmə imkanlarını ifadə edən mühüm qeyri-maddi resursdur.  ”Sosial Kapital” termini Latınca “capitalis (baş,əsas) və “socialis”(cəmiyyətlə əlaqəli) sözlərinin birləşməsindən yaranıb. Sosial kapital nəzəriyyəsinin akademik ədəbiyyatda əhəmiyyətli yer tutması, müasir sosioloqlar Pierre Bourdieu, James Coleman və Robert D Putnam kimi mütəxəssislərin tədqiqatları sayəsində olmuşdur. Robert D Putnama görə cəmiyyətin gücü sakinlər arasında horizontal əlaqələrin sıxlığından və “sosial bağların” keyfiyyətindən aslıdır. Putnamın yanaşmasına əsasən yüksək sosial kapital səviyyəsi icma daxilində kollektiv problemlərin daha az resurs sərf etməklə  səmərəli həllinə və icma daxilində həmrəyliyinin güclənməsinə birbaşa xidmət edir.

 

"Sakinlərin icma qarşısında könüllü məsuliyyəti" konsepsiyası çərçivəsində “Sosial Kapital” nəzəriyyənin metodoloji interpretasiyası və tətbiqi:

 

Tədqiqatın metodoloji arxitekturasında sosial kapital sadəcə mövcud vəziyyəti təsvir edən sosioloji indikator deyil, konsepsiyanın reallaşmasını təmin edən resurs-funksional metod kimi çıxış edir. Bu yanaşma çərçivəsində konsepsiya aşağıdakı iki əsas metodoloji mexanizm üzərində qurulur:

 

"Birləşdirici" və "Körpüsalan" Sosial Kapitalın Aktivləşdirilməsi: Metodoloji olaraq, konsepsiya icma daxilində iki fərqli sosial bağın qurulmasını hədəfləyir. Birincisi, eyni məhəllə və ya lokal ərazidə yaşayan sakinlər arasında daxili həmrəyliyin gücləndirilməsi (birləşdirici kapital); ikincisi isə fərqli icmalar, könüllü qrupları və lokal idarəetmə orqanları arasında şəbəkələşmənin formalaşdırılmasıdır (körpüsalan kapital). "Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" modeli bu iki bağın kəsişməsində strukturlaşdırılır.

Kollektiv Fəaliyyət Dilemmasının Həlli: Sosiologiyada fərdlərin ümumi icma problemlərinə qarşı laqeydliyi "faydalanan, amma töhfə verməyən" (free-rider) problemi yaradır. Təklif olunan konsepsiya sosial kapital metodologiyasına əsaslanaraq, könüllülük institutunu bir "ictimai norma" kimi irəli sürür. Sakinin sosial məsuliyyəti artdıqca, icmadakı etimad mühiti rasionallaşır və kollektiv fəaliyyətin effektivliyi riyazi və sosioloji olaraq yüksəlir.

Beləliklə, sosial kapital nəzəriyyəsi bu konsepsiyada lokal icmanın daxili potensialını (insan resursunu) üzə çıxarmaq, sakinlər arasında yadlaşmanı aradan qaldırmaq və könüllülük hərəkatını dayanıqlı etmək üçün inklyuziv mexanizm kimi  çıxış edir.

 

3.     Vətəndaş məsuliyyəti nəzəriyyəsi (Civic Responsibility):

 

Vətəndaş məsuliyyəti nəzəriyyəsi fərdlərin dövlət və cəmiyyət qarşısında hüquqi, əxlaqi və sosial öhdəliklərini, hüquqların məsuliyyətlə balanslaşdrılmasını ictimai normalar və qanuni çərçivə konteksində tənzimləyən fundamental doktirinadır. Bu nəzəriyyənin kökləri antik dövrə xüsusən Aristotelin "aktiv vətəndaş" fəlsəfəsinə dayansa da, müasir sosiologiyada və siyasi elmlərdə respublikaçılıq (civic republicanism) və kommunitarizm (communitarianism) çərçivəsində, xüsusilə A. Etzioni və M. Sandel kimi mütəfəkkirlər tərəfindən sistemləşdirilmişdir.

 

Nəzəriyyənin təməl prinsipləri qanunlara riayət, vergi ödəmə, dövlətə sadiqliq və ictimai həyatda aktiv iştirakı nəzərdə tutan vətəndaş cəmiyyətinin təməl prinsipi kimi qəbul edilir. Sosioloji düşüncə tarixində Aleksis de Tokvil vurğulayırdı ki, cəmiyyətin dayanıqlılığı sakinlərin yerli məsələlərdə könüllü iştirakından və “özünüidarəetmə” vərdişlərindən aslıdır.  Məsələnin hüquqi tərəfini passiv öhdəlik olaraq qiymətləndirən  Tokvilə görə cəmiyyətin inkişafı üçün vətəndaşın məsuliyyəti vergi ödəmək və qanunlara riayət etməklə məhdudlaşmır, o fərdin öz yaşadığı mühütə fəal mənəvi və sosial tövhə verməsini tələb edir.

 

Həmçinin “kommunitar” yanaşmaya görə, fərdi hüquqlar icma qarşısında daşınılan sosial və mənəvi öhdəliklərlə balanslaşdırılmalıdır. İcmanın dayanıqlılığı sakinlərin ümumi rifah naminə göstərdiyi könüllü fəallıqdan və vətəndaşlıq məsuliyyətindən asılıdır.

 

"Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası çərçivəsində nəzəriyyənin metodoloji interpretasiyası və tətbiqi:

 

Tədqiqatın metodoloji quruluşunda vətəndaş məsuliyyəti konsepsiyası sadəcə hüquqi status deyil, sakinin gündəlik icma həyatındakı fəallığını aktivləşdirən dəyər yönümlü və davranış metodu kimi tətbiq olunur. Bu yanaşma aşağıdakı iki metodoloji aspekt vasitəsilə konsepsiyaya inteqrasiya edilir:

 

Hüquqi Mənsubiyyətdən "Aktiv İştirakçılığa" Keçid: Ənənəvi yanaşmada "vətəndaşlıq/sakinlik" sadəcə müəyyən bir coğrafi ərazidə qeydiyyatda olmaq və vergi ödəməklə məhdudlaşan formal statusdur. Bu konsepsiyada isə vətəndaş məsuliyyəti metodologiyası fərdi passivlikdən xilas edərək könüllülüyü icma idarəçiliyinin mərkəzinə qoyur. Sakin statusu lokal problemlərin (ekologiya, asayiş, sosial yardım və s.) həllində subyektə çevrilməklə metodoloji olaraq yenidən mənalandırılır.

"Ortaq Rifah" Paradigmasının Modelləşdirilməsi: Vətəndaş məsuliyyəti nəzəriyyəsi çərçivəsində "Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” modeli fərdi maraqlarla kollektiv mənafelərin optimallaşdırılmasını təmin edən bir sosial alqoritmdir. Metodoloji olaraq, fərdin icma qarşısında daşıdığı mənəvi və sosial məsuliyyət (sosial audit, qarşılıqlı yardım şəbəkələri) lokal səviyyədə sosial riskləri azaldır və böhran anlarında (məsələn, təbii fəlakətlər, lokal idarəetmə boşluqları) icmanın çevik özünübərpa mexanizmini işə salır.

Beləliklə, vətəndaş məsuliyyəti nəzəriyyəsi təklif olunan konsepsiyada "sakin" və "könüllü" anlayışlarını eyniləşdirərək, sosial məsuliyyəti kənar bir təsir yox, icmanın daxili dinamikası hesabına formalaşan dayanıqlı daxili idarəetmə mexanizminə çevirir.

 

4.     Könüllülük fəlsəfi (Philosophy of Volunteerism):

 

Könüllülük fəlsəfəsi fərdin heç bir maddi qazanc və məcburiyyət mexanizmi olmadan, yalnız daxili motivasiya, mənəvi təlabat və azad iradə ilə başqalarının və cəmiyyətin rifahı naminə təmənnasız xidmət etməsinə əsaslanan etik-fəlsəfi doktiranadır. Könüllülük haqqında anlayışlardan biridə könüllülüyün geniş spektrli fəaliyyət növü olmaqla istər dövlət qrumlarının, istərsədə QHT üzvü olaraq və ya fərdi şəkildə müxtəlif ölkələrə səfər edərək könüllü fəaliyyəti ilə məşğul olmaqdır (4, s.47).

 

Könüllülük fəlsəfəsinin mənəvi-etik kökləri altruizm (başqalarını düşünmə), humanizm və sosial həmrəylik prinsiplərinə dayanır. İ. Kantın "birmənalı imperativ" etikası və müasir sosial fəlsəfədəki ekzistensial yanaşmalar fərdin cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməsini və könüllü fəaliyyəti fərdin mənəvi özünüreallaşdırma forması kimi qiymətləndirir. Nəzəriyyəyə görə könüllülük cəmiyyətin və başqalarının inkişafı naaminə təmənnasız fəaliyyət göstərən hər bir şəxsin fərdi azadlığı və mənəvi yetkinliyinin yüksək təzahürüdür.

 

Könüllük və təmənnasız xidmət anlayışı dövürlərə görə dəyişik formalarda təzahür etsədə hər zaman mövcud olmuşdur. Antik dövür filosoflarından Aristotelə görə “filantropiya” yəni insanpərvərlik, həyatın əsas mənası "başqalarına xidmət etmək və xeyirxahlıq etməkdir". Onun fəlsəfəsində insanın fəziləti  başqalarına kömək etmək fəaliyyəti ilə ölçülürdü.

 

Müasir dövür filosoflarından İmmanuil Kantın “Kateqorik imperativ “prinsipinə əsasən, fərdin icma qarşısında mənəvi borcu xarici məcburiyyətdən deyil, daxili əxlaqi şüurdan qaynaqlanmalıdır.  Könüllük dedikdə fərdin və ya fərdlər qrupunun heç bir maddi qazanc güdmədən başqalarına kömək etmək və cəmiyyətə fayda vermək fəaliyyəti başa düşülür. Könüllük fəlsəfəsi  altuizm, azad seçim və ictima fayda prinsiplərinə əsaslanır.

 

"Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası çərçivəsində nəzəriyyənin metodoloji interpretasiyası və tətbiqi:

 

Tədqiqatın metodoloji arxitekturasında könüllülük fəlsəfəsi sadəcə mənəvi çağırışlar toplusu kimi deyil, lokal icmanın idarə olunmasında insan resurslarını hərəkətə gətirən motivasion-funksional metod kimi tətbiq olunur. Bu yanaşma aşağıdakı iki metodoloji aspekt vasitəsilə konsepsiyaya inteqrasiya edilir:

 

Altruizmdən "Rasional və Qarşılıqlı Faydalılığa" Keçid: Ənənəvi yanaşmada könüllülük yalnız fədakarlıq və birtərəfli yardım forması kimi qəbul edilir. Konsepsiyanın metodoloji strukturunda isə könüllülük fəlsəfəsi "qarşılıqlı altruizm" prinsipi ilə yenidən modelləşdirilir. Sakinin icma üçün etdiyi könüllü fəaliyyət (məsələn, məhəllənin abadlaşdırılması, sosial dəstək), dolayısı ilə onun öz yaşam mühitinin keyfiyyətini artırır. Beləliklə, fərdi daxili motivasiya ilə kollektiv fayda arasında funksional bir asılılıq yaradılır.

Sosial İnnovasiya və İnsan Resursunun Empirik İnteqrasiyası: Metodoloji olaraq, könüllülük fəlsəfəsi çərçivəsində "Hər sakin bir könüllü" prinsipini əsas tutan “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” kosepsiyası lokal icmanın daxili böhranlara qarşı davamlılığını təmin edən bir sosial innovasiya alətidir. Sakinlərin daxili mənəvi potensialı və fərdi bacarıqları (mühəndislik, həkimlik, pedaqogika və s.) icmanın ehtiyacları ilə xəritələndirilir. Bu rəsmi idarəetmə mexanizmlərinin bürokratik boşluqlarını və resurs çatışmazlığını sakinlər daxilindəki "intellektual və fiziki könüllü əmək" hesabı ilə kompensasiya etməyə imkan verir.

Beləliklə, könüllülük fəlsəfəsi təklif olunan konsepsiyada sosial məsuliyyəti məcburi bir qanun deyil, daxili dərk olunmuş bir zərurət kimi formalaşdırır və "sakin" anlayışını icmanın sosial memarına çevirən mənəvi-metodoloji nüvəni təşkil edir.

 

5. İcma inkişaf modeli (Community Devolopment Model)

 

İcma inkişaf modelinin fəlsəfəsi müəyyən bir coğrafi, sosial və ya funksional məkanda yaşayan fərdlərin öz iqtisadi, social və ekoloji problemlərini müəyyənləşdirərək onları öz daxili resursları hesabına kollektiv şəkildə həll etmək bacarıqlarına əsaslanan institusional və voluntaristik prosesdir. Bu modelin akademik əsasları sosiologiyada və sosial siyasətdə icma təşkilatlanması və daxili resurslara əsaslanan icma inkişafı yanaşmaları üzərində qurulmuşdur. Bu yanaşmanın fundamental prinsipi icmanı kənardan gələn yardımlara asılı olan passiv bir obyekt kimi deyil, öz daxili potensialı, insan resursu və gücü ilə öz problemlərini həll edə bilən aktiv subyekt kimi qiymətləndirməkdir.

 

Qeyd etmək yerinə düşər ki, müasir sosiologiyada icma inkişafı sadəcə dövlət və ya xarici donorların layihələrinin həyata keçirilməsi deyil, eyni zamanda icmanın daxili potensialının və resurslarının mütəşəkkil şəkildə hərəkətə gətirilməsidir. Bu yanaşmanın banilərindən olan Con MakNayt (John McKnight) qeyd edir ki, icmalar kənardan kömək gözləyən passiv subyektlər deyil, öz daxili gücü ilə rifah yaradan fəal istehsalçılardır. İnkişafın davamlılığı məhz bu daxili potensialın səfərbər edilməsindən aslıdır.

 

"Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası çərçivəsində “İcma inkişaf modeli” nəzəriyyəsinin metodoloji interpretasiyası və tətbiqi:

 

Tədqiqatın metodoloji strukturunda icma inkişaf modeli yuxarıda qeyd olunan bütün fəlsəfi və sosioloji nəzəriyyələri praktiki müstəviyə daşıyan tətbiqi-institusional metod funksiyasını yerinə yetirir. Bu model konsepsiyaya aşağıdakı iki əsas metodoloji mexanizm vasitəsilə inteqrasiya olunur:

 

"Yuxarıdan-Aşağıya" İdarəetmədən "Aşağıdan-Yuxarıya" İştirakçılığa Keçid: Ənənəvi lokal idarəetmə metodologiyasında qərarlar mərkəzi və ya lokal hakimiyyət tərəfindən qəbul edilir və sakinlərə tətbiq olunur. “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası isə icma inkişaf modelinə əsaslanaraq, lokal problemlərin diaqnostikası, planlaşdırılması və həlli prosesini birbaşa sakinlərin (könüllülərin) iştirakı ilə reallaşdırır. Bu, metodoloji olaraq yerli bələdiyyə və icma komitələri ilə sakinlər arasında şəffaf, horizontal tərəfdaşlıq platforması formalaşdırır.

Daxili Resursların Xəritələndirilməsi və Səfərbərliyi: Metodoloji olaraq, bu model icmadakı maddi çatışmazlıqlara yox, daxili qeyri-maddi aktivlərə (sakinlərin bilik, bacarıq, vaxt və könüllü əməyinə) fokuslanır. "Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" modeli çərçivəsində hər bir sakinin fərdi sosial məsuliyyəti, icmanın ümumi inkişaf strategiyası ilə əlaqələndirilir. Sakinlər könüllülük yolu ilə lokal asayişin qorunması, ekoloji mühitin yaxşılaşdırılması və sosial həssas qruplara dəstək göstərilməsi kimi sahələrdə birbaşa icraçıya çevrilirlər.

Beləliklə, icma inkişaf modeli təklif olunan konsepsiyada nəzəri prinsiplərin real tətbiq alqoritmini verir və "sosial məsuliyyət" ideyasını lokal səviyyədə dayanıqlı, özünü idarə edən və inkişaf etdirən praktiki sosial modelə çevirir.

 

6.     İctimai rifah nəzəriyyəsi (Social Welfare Theory)

 

İctimai rifah nəzəriyyəsi cəmiyyət üzvlərinin ümumi yaşayış keyfiyyətlərini,sosial ədalətin və kollektiv məmnuniyyətin artırılmasını, sosial məmnunluq səviyyəsini makro və mikro müstəvidə optimalaşdırmağı əsas məqsəd olaraq müəyyən edən fundamental konseeptual çərçivədir. Cəmiyyətin davamlı inkişafı və sosial ədalətin bərqərar olması yalnız güclü institusional mexanizmlərin varlığından deyil, həm də fərdlərin və icmaların göstərdiyi şüurlu, voluntaristik təşəbbüslərdən asılıdır.  Bu nəzəriyyənin akademik kökləri utilitarizm (A. Smit, C. S. Mill) və müasir rifah iqtisadiyyatına (A. Piqou, V. Pareto) dayansa da, sosial sosiologiyada və insan potensialının inkişafı kontekstində Amartya Senin "bacarıqlar yanaşması" ilə sistemləşdirilmişdir. Bu yanaşmaya görə, rifah sadəcə maddi gəlirlərlə ölçülmür, fərdlərin kollektiv həyatda iştirak etmək, bir-birinə dəstək olmaq və öz mühitini dəyişdirmək azadlığı və imkanları da rifahın əsas göstəriciləridir.

 

Məlumdur ki, insanlar tərəfindən irəli sürülmüş nəzəriyyələr və qəbul edilmiş qanunlar hər nə qədər yol xəritəsini müəyyən etsə də, real tərəqqi insanların öz potensiallarını kollektiv rifah naminə mütəşəkkil şəkildə hərəkətə gətirməsi ilə mümkündür. Amartya Sen tərəfindən irəli sürülən "Kapabiliti (Bacarıq) yanaşmasına görə ictimai rifah yalnız maddi göstəricilərlə deyil, insanların sosial mühitdə fəal iştirak etmək və öz mühitini yaxşılaşdırmaq imkanı ilə ölçülür.

 

"Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası çərçivəsində “İctimai rifah nəzəriyyənin metodoloji interpretasiyası və tətbiqi:

 

Tədqiqatın metodoloji arxitekturasında ictimai rifah nəzəriyyəsi sadəcə dövlətin sosial yardımlarının paylanması mexanizmi kimi deyil, icmanın daxili resursları hesabına kollektiv rifah istehsal edən tərəfdaşlıq metodu kimi tətbiq olunur. Bu yanaşma aşağıdakı iki metodoloji aspekt vasitəsilə konsepsiyaya inteqrasiya edilir:

 

Rifahın İstehsalında "Pareto Effektivliyi" və Sosial Sinerji: Ənənəvi rifah modellərində resursların məhdudluğu səbəbindən bir qrupun rifahını artırmaq digər qrupun resurslarının azalması hesabına baş verir. "Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası isə fərqli bir metodoloji həll təklif edir. Sakinlərin heç bir maddi qarşılıq güdmədən öz vaxt və bacarıqlarını icmaya könüllü olaraq xərcləməsi (məsələn, ehtiyacı olanlara qayğı, uşaqların pulsuz təhsili, ətraf mühitin qorunması) heç bir tərəfin resursunu azaltmadan ümumi icma rifahını maksimallaşdırır.

İctimai nemətlərin Sakinlər Tərəfindən Qorunması və İnkişafı:

Sosial-İqtisadi nəzəriyyədə lokal asayiş, təmiz ekologiya və ortaq infrastruktur "ictimai mal və ya nemətlər" adlanır və onların qorunması adətən yüksək bürokratik və maliyyə xərcləri tələb edir. Vətəndaş məsuliyyətinə əsaslanan könüllülük modeli bu xərcləri minimuma endirir. Sakinlərin daxili motivasiyası və sosial auditi vasitəsilə ictimai malların qorunması icma büdcəsinə qənaət etməyə və həmin resursları digər sosial sahələrə yönəltməyə imkan verən effektiv idarəetmə alqoritmi formalaşdırır.

Beləliklə, ictimai rifah nəzəriyyəsi təklif olunan konsepsiyada "könüllülük" və "sosial məsuliyyət" prinsiplərinin sadəcə  humanist duyğulardan ibarət olmadığını, cəmiyyətin ümumi sosial-iqtisadi dayanıqlılığını və həyat keyfiyyətini yüksəldən strateji bir rifah modeli olduğunu elmi şəkildə əsaslandırır.

 

İcma qarşısında sosial məsuliyyətin beynəlxalq-hüquqi əsasarı:

 

1948-ci ildə qəbul edilmiş BMT-nin Ümumdünya İnsan Hüquqları bəyannaməsinin 29-cu maddəsinin 1-ci bəndində hər bir insan elə bir cəmiyyət qarşısında məsuliyyət daşıyır ki, onun şəxsiyyətinin azad və tam inkişafı yalnız o cəmiyyətdə mümkündür deyə bəyan edilib (3, s.320).

 

Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası ilə digər nəzəriyyələrin müqayisəli qısa xülasəsi:

 

·       Sosial müqavilə nəzəriyyəsi cəmiyyəti bioloi orqanizmə bənzədir və hər fərdin orqanın bir parçası kimi funksiya daşıdığını önə çəksədə insanın şüurlu seçimi nəzərə almadan məsuliyyəti mexaniki funksiya səviyyəsinə endirir:

 

·       İctimai müqavilə nəzəriyyəsi fərdin cəmiyyət qarşısında öhdəliklərini dövlətlə bağlanmış hüquqi və inzibati müqavilə kim izah edir.Burada fərdin məsuliyyəti məcburiyyət və ya cərimələrdən qorxusu üzərində qurulur.Yəni fərd dövlətin inzibati gücünündən irəli gələn məcburiyyətlə öhdəliklərini həyata keçirir:

 

·       Vətəndaş məsuliyyəti nəzəriyyəsi vətəndaşın cəmiyyət və dövlət qarşısındakı öhdəliklərini ictimai işlərdə fəal iştirak,qərarlarda rol almaq və ümumi mənfəətə tövhə vermək kimi izah edir.Lakin məsuliyyəti insanın təbiətdəki biloji fayda dövriyyəsini və ekoloji bünövrəsini nəzərə almır:

 

·        Könüllük fəlsəfəsi icmaya və cəmiyyətə tövhə verməyi fərdin tamamilə azad iradəsinə, mənəvi fədakarlığına və istəyə bağlı xeyriyyəçiliyinə söykənən bir faəliyyət olaraq izah edilir.Burada məsuliyyət daima sistemli öhdəlik kimi deyil,müvəqqəti və istəyə bağlı bir jest olaraq önə çıxır.Fərdin könüllü fəaliyyəti onun varlıq şüurunun daxili,orqanik zərurəti kimi əsaslandırmır.

 

·       İcmanın sosial inkişaf modeli icmanın sosial-iqtisadi rifahını və yerli infrastrukrunu sakinlərin kollektiv iştirakı,resursların səfərbərolunması və özünüidarə təşəbbüsləri vasitəsiylə yüksəltməyi hədəfləyir.Bu konsepsiya diqqəti daha çox sosial-iqtisadi nəticələrə və layihəyönümlü addımlara yönəldir.Vətəndaş məsuliyyətini insanın məsuliyyətini insan ın təbiətdən gələn varlıqşüuru və orqanik zərurəti kimi dərindən əsaslandırmır.

 

·       İctimai rifah nəzəriyyəsi resursların ədalətli bölgüsü və sosial dəsdək vasitəsilə cəmiyyətin ümumi yaşayış keyfiyyətini yüksəltməyi dövlətin və icrimai instutların əsas məqsədi kimi izah edir.Fərdləri daha çox dövlətdə resurs və xidmət alan passiv istehlakçı mövqeyindəöz icmasına şüurlu tövhə vermək və resurs yaratmaq kimi təbii məsuliyyətini nəzərə almır.

 

Müəllifi olduğum “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyasına görə sakinlər dövlət orqanlarından və yerli özünüidarəetmə orqanlarından xidmət gözləyən passiv istehlakçı deyil, yerli özünüidarəetmə orqanları ilə birgə yerli inkişafa çalışan, icma prooseslərində fəal iştirak edən, könüllü fəaliyyətini təbiətin və icmanın bir parçası olduğunu şüurlu dərk etməklə həyata keçirən fəal subyektlərdir.

 

Ədəbiyyatda sosial məsuliyyət və könüllülük prinsipləri əksər hallarda korporativ sektorun öhdəliyi kimi araşdırılmışdır. Bu tədqiqat isə həmin prinsipləri fərdi və lokal müstəviyə daşıyaraq, "Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" modelini icma daxilində mehribançılıq, mehriban qonşuluq kimi meyarlar vasitəsilə icmanın inkişafına səbəb olmaqla yerli özünüidarəetmənin (bələdiyyələrin) inkişaf mexanizmi kimi ilk dəfə sistemli şəkildə irəli sürülüb.

 

Konsepsiyanın Yeniliyi və Fərqləndirici Xüsusiyyətləri:

 

“Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası icmaları birbaşa yerli özünüidaretmə orqanlarının daxili strukturu kimi qəbul etməsə də, konsepsiyanın tətbiqi bələdiyyələri sadəcə inzibati xidmət provayderi funksiyasından çıxararaq onları sosial həmrəyliyin və birgə idarəetmənin fəal subyektinə çevirir.

 

Təqdim etdiyim konsepsiyanın digər nəzəriyyələrdən fərqi ondan ibarətdir ki, sosial məsuliyyəti yalnız korperasiyalara və dövlətlərə deyil, hər sakinə aid olan könüllü ictimai öhdəlik olaraq sistemləşdirmişəm. Buna görədə konsepsiya sadəcə “könüllülük” deyil, icma qarşısında fərdi sosial məsuliyyət modeli kimi təqdim edilir.

 

 

 

 

 

Ədəbiyyat

 

Ə.S.Bayramov, Ə.Ə.Əlizadə: Sosial Psixologiya, Baki, “Qapp-Poliqraf” ,2003. 356 səh.

Ə. Qəşəmoğlu,Sosial İdarətmənin fəlsəfi,sosioloji problemləri,  Baki, “Səda”nəşriyyatı 2008,264 səh.

H.Hacızadə.Demokratiya gediləsi uzun bir yol Antologiyası, Baki,İqtisadi və siyasi Araşdırmalar Mərkəzi FAR Centre, 2002, 445 səh

N. Adilov,  E.Paşayev: Könülülük Uğur Formulu,Baki, “Adventa co” MMC,  2017, 246 səh.

Entoni Giddens, Filip V. Satton: Sosiologiyada əsas Anlayışlar,Baki, Sosial Tedqiqatlar Mərkəsi, Tərcüməçilər: H.Axundadə, S. Padarov, MM-S, 2023, 316 səh.

Benjamin R. Barber,  Strong democracy participatory politics for a new age, University of California, 2003, 320 p.

John Rawls.  Bir Adalet Teorisi, Phoenix Yayınevi, 2017, 619 səh.

Robert D. Putnam. Robert Leonardi, Raffaella Y. Nanetti Bowling . Making Democracy Work: Civic Traditions in Modern Italy, Princeton University Press 1993, 247 p.

Thomas Hobbes. Leviathan, Oxford University Press,1996,508 p.

William MacAskill, "What We Owe The Future",  Basic Books,  2022, 272 p

Jan Jak Russo. İctimai müqavilə, Türkiyə İş bankası Kültür yayınları kitab evi,  2006, 138 səh.

John Locke.Yönətim üzərinə ikinci inceleme, Tarcan Matbaası, 2019, 28 səh.

Fərman Salmanlı

Bələdiyyə məsələləri üzrə ekspert

 

 

Rəylər

0 Rəy


Rəy yaz