Mingəçevir daha bir gözəl istirahət məkanına qovuşur
Mingəçevir Bələdiyyəsi tərəfindən şəhərin Naxçıvan küçəsi 48 ünvanında yeni parkın salınması istiqamətində işlərə başlanılıb.
Hazırda
ərazidə abadlıq və təmizlik işləri aparılır, yaşıllaşdırma tədbirləri görülür,
park ərazisinin sakinlər üçün rahat və müasir istirahət məkanına çevrilməsi
istiqamətində hazırlıq işləri davam etdirilir.
Görülən işlər şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına, ərazinin daha abad və estetik görünüş qazanmasına, eyni zamanda vətəndaşların asudə vaxtının daha səmərəli təşkilinə xidmət edir.
Mingəçevir bələdiyyəsi
Rəylər
0 Rəy