Rövşən Lətifov: “Hədəfimiz daha böyük uğurlara imza atmaqdır”
“Bu gün bələdiyyənin vergi xidməti büdcə gəlirlərini artırmaq üçün BAMS proqramının verdiyi bütün imkanlardan yararlanmağa çalışır. Məhz bu fəaliyyətin nəticəsidir ki, 2024-cü ilin birinci rübü ilə müqayisədə büdcə gəlirlərində 89 faizlik artım müşahidə olunub”- bu fikirləri Belediyye.infoya Lənkəran bələdiyyəsinin sədri Röşvən Lətifov deyib.
Sədr qeyd edib ki, yerli vergilərin yığımında ümumi olaraq 15
faizlik artım müşahidə olunsa da, əmlak vergisində bu rəqəm 33 faizə bərabərdir.
Belə ki, ümumi olaraq 2024-cü ilin
birinci rübündə 14.328 manatlıq vergi yığılmışdısa, bu rəqəm cari ildə 16.393
manat olub. Ən çox artım isə əmlak vergisinin yığımında olub. Belə ki, bu
istiqamətdə 34 faizlik artım olub.
Ötən dövrdə ki, əldə olunan gəlirlərin istiqamətlərinə
toxunan sədr qeyd edib ki, 2024- cü ilin
birinci rübü ərzində ümumi olaraq əldə olunan 17.920 manat vəsaitin, 4.288 torpaq vergisindən, 10.040 manatı əmlak
vergisindən, 1.004 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,
2.586 manatı isə digər istiqamətlərdən
daxil olub.
2025- cü ilin birinci rübü ərzində ümumi olaraq əldə olunan 14.009
manat vəsaitin, 2.312 torpaq vergisindən, 8.216 manatı əmlak vergisindən, 3.481
manatı isə digər istiqamətlərdən daxil
olub.
2026- cü ilin birinci rübü ərzində ümumi olaraq əldə olunan 33.884
manat vəsaitin, 3.009 torpaq vergisindən, 13.384 manatı əmlak vergisindən, 17.072
manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 409 manatı isə digər istiqamətlərdən daxil olub.
Sədr qeyd edib ki, hədəfimiz daha böyük uğurlara imza
atmaqdır. Odur ki, bələdiyyənin vergi xidmətinin əməkdaşları BAMS proqramında
olan boşluq və çatışmazlıqları, habelə mövcud təkrar qeydiyyata alınan ödəyicilərin
siyahısını dəqiqləşdirməklə yanaşı, onların hər biri haqqında olan məlumat
bazasını da yeniləyir. Belə ki, növbəti ildən bildirişlərin onlayn qaydada paylanılmasına
hazırda ciddi şəkildə hazırlıq gedir.
Büdcə gəlirlərimizi artırmaqla biz həm də bələdiyyəyə müraciət edən vətəndaşların da üzləşdiyi problemlərin həllini də sürətləndirə bilərik, bununla da həmçinin şəhər ərazisində vətəndaş məmnunluğunu təmin etmiş oluruq.
Belediyye.info
Rəylər
0 Rəy