Rauf Cəbiyev: “Sədr olaraq əsas fəaliyyətim seçicilərimə xidmətdən başlayır”
“İlin 385 gününün arasında elə bir gün olur ki, həmin gün hər bir insan üçün daha əziz və yaddaqalan gün hesab olunur. Mənim üçün bu günlərdən biri də bu gündür. Məhz bu tarixdə bələdiyyə iclasının qərarı ilə Kolatan bələdiyyəsinə sədr seçilmişəm”- bu fikirləri Belediyye.infoya Masallı rayonunun Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyev deyib.
Nəzərə alaq ki, yanvar seçkilərindən sonra
Kolatan bələdiyyəsinin inzibati ərazisi də genişlənmiş, bələdiyyə sədrinin və
üzvlərinin məsuliyyət yükü də artmışdı.
Sədr xatırladıb ki, Kolatan bələdiyyəsinə hazırda
yeddi kənd daxildir: Böyük Kolatan, Bala Kolatan, Bağıroba, Sığdaş,Xanalıyan,
Babakücə və Ninəlov.
Ötən
ilin may ayından sədr olaraq əsas fəaliyyətim seçicilərimə xidmət etmək olub. Ancaq
bu xidmətin göstərilməsi bələdiyyənin büdcə gəlirlərindən çox asılıdır. Yanvar
seçkilərindən sonra formalaşan bələdiyyənin üç ay ərzində fəaliyyətsiz olması,
bələdiyyədə hökm sürən ətalət nəticədə ərazidə bələdiyyənin çəki və nüfuzuna da
bir xeyli təsir etmiş oldu.
Ötən bir il ərzində seçiçilərlə mütəmadi
olaraq görüşlər keçirməklə, o cümlədən bələdiyyənin vergi-uçot sistemini
yaratmaqla büdcə gəlirlərimizi artırmağa çalışdıq. Və bu gün bir illik fəaliyyətə
baxanda az müddət ərzində kifayət qədər işin görüldüyünün şahidi oluruq.
İlk dəfədir ki, yüz min manatlıq büdcə gəlirinə
yaxınlaşmağımız, sayısız-hesabsız layihələrin icrası, hər bir sakinin müraciətinin
diqqətdə saxlanılması, bələdiyyə-icra münasibətlərinin tənzimlənməsi nəticəsində
belə bir uğura imza atmış olduq.
Bələdiyyənin əhatə etdiyi ərazilərdə təmziliyin
qorunması, bununla bağlı əhali arasında ciddi şəkildə maarifləndirici söhbətlərin
aparılması, nəticə çıxarmayanlar barəsində cərimə sanksiyasının tətbiq edilməsi, bununla yanaşı çoxsaylı ərazilərə
müşahidə kameralarının quraşdırılması nəticəsində çəkilən əziyyət öz bəhrəsini
vermiş oldu.
Kəndarası yolların təmiri, hətta bəzi ərazilərdə
yeni məhəllədaxili yolların salınması, kəndlərin adları olan lövhələrin ən
müasir üslubda yazılması və müvafiq ərazilərdə yerə bərkidilməsi görülən işlərdən
sayılmalıdır.
Ötən bir il ərzində əhalinin həssas qrupuna
aid insanlara bələdiyyə tərəfindən maddi və mənəvi dəstəyin göstərilməsi bələdiyyənin
gördüyü işlərdən hesab etmək olar.
Sədr qeyd edib ki, bizim bələdiyyə olaraq əsas məqsədimiz Masallı
rayonunda təmin edilən vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəmizi
layiqincə verməkdir.
Bu işdə daim Masallı RİH-in dəstəyini hiss
etməyimiz bizə qarşıya qoyduğumuz hədəfə tezliklə çatacağımıza ümidimizi bir
xeyli artırıb.
Belediyye.info
P.S. Bələdiyyə tərəfindən son bir il ərzində görülən işlərlərin hesabatı
Kəndlərdə görülən işlər
1. Böyük Kolatan kəndi:
1.1. Böyük Kolatan kəndinin giriş qapısının təmirinə - 1350 manat
1.2. Böyük Kolatan kəndinin şəhidlərinin xatirə lövhələrinin yenilənməsinə
- 490 manat
1.3. Böyük Kolatan kəndinin gecə işıqlandırma sistemlərinin təmirinə - 430
manat
1.4. Böyük Kolatan kəndində Kolatan bələdiyyəsinin tanıtım lövhəsinin
quraşdırılması – 430 manat
1.5. Böyük Kolatan kəndinin girişində olan palıd ağaclarının əhənglənməsi
– 650 manat
1.6. Böyük Kolatan kənd məscidinə qaz sayğacının quraşdırılması – 620
manat
1.7. Böyük Kolatan və Sığdaş kəndinin yolunun cari təmiri – 1500 manat
1.8. Böyük Kolatan və Xanalıyan kənd yolunun zəbtdən azad olunaraq (1.5 km
uzunluğu) təmir edilməsi – 7200 manat
1.9. Kəndin giriş və çıxış hissələrində 2(iki) ədəd tanıtım lövhəsinin
quraşdırılması – 850 manat
1.10. Kolatan-Xanalıyan 3(üç) ədəd maneə(şlaqbaun) quraşdırılması – 750
manat
1.11. Böyük Kolatan kənd qəbiristanlığında abadlıq işləri üçün – 215 manat
1.12. Kolatan-Seyidoba yolunun cari
təmiri – 3000 manat
1.13. Aztəminatlı ailələrə 4100 manat məbləğində yardım
1.14. 15 ailəyə 56 manatlıq ərzaq yardımı
1.15. Azercell antenasının Kolatan kəndin quraşdırılmasına vasitəçilik (hər
il 1000 manat icarə haqqı)
1.16. Kəndə müşahidə kameralarının quraşdırılması -2300 manat
1.17. Böyük Kolatan kəndinin stadionunun tikintisinə texnikanın cəlb edilməsi
2. Bala Kolatan kəndi:
2.1. Bala Kolatan lövhəsinin quraşdırılması – 400 manat
2.2. İdman meydançasının təmirinə - 1000 manat
2.3. Aztəminatlı ailələrə 1900 manat maddi yardım
2.4. 10 ailəyə 56 manat dəyərində ərzaq yardımı
3. Bağıroba kəndi:
3.1. Bağıroba kənd lövhəsinin quraşdırılması – 700 manat
3.2. 10 ailəyə 56 manat dəyərində ərzaq yardımı
4. Xanalıyan kəndi:
4.1.Xanalıyan məscidinin xuddamına 400 manat
4.2 Xanalıyan lövhəsi 3 ədəd – 1050 manat
4.3. Xanalıyan-Kolatan yolunun hamarlanması – 500 manat
4.4. Xanalıyan bulağına şəhid lövhələrinin quraşdırlması – 230 manat
4.5. Mərasim evinin tikintisinə 600 manat
4.6. Məscidin istilik sistemi 300 manat
4.7. 17 ailəyə 56 manat dəyərində ərzaq yardımı
4.8. Aztəminatlı ailələrə maddi yardım – 900 manat
5. Sığdaş kəndi:
5.1.
Sığdaş kəndinin giriş qapısınn təmiri -630 manat
5.2.
Sığdaş-Xanalıyan yolu üzərində məişət poliqonunun ləğv edilməsi – 430
manat
5.3.
Sığdaş ağsaqallar evinin təmiri – 1050 manat
5.4.
Tanıtım lövhəsi – 400 manat
5.5.
Sığdaş şəhidlər bulağında şəhid lövhəsinin quraşdırılması - 330 manat
5.6.
Şəhid valideyninin həyətinə hasarın çəkilməsi 1500 manat
5.7.
“Hampa” dağına yolun çəkilməsi və quruculuq abadlıq işləri – 1550
manat
5.8.
Aztəminantlı ailələrə yardım -800 manat
5.9.
10 ailəyə 56 manat dəyərində ərzaq yardımı
6. Babakücə kəndi:
6.1.
Babakücə kənd məscidinə sayğacın quraşdırılması
6.2.
Babakücə lövhəsi 1 ədəd – 350 manat
6.3.
Şəhid valideyninin yaşadığı evə fasadın çəkilməsi və hasarın təmiri –
880 manat
6.4.
Mərasim evinin təmirinə - 300 manat
6.5.
Şəhid məzarının təmiri 1000 manat
6.6.
Aztəminatlı ailələrə yardım – 1200 manat
6.7.
8 ailəyə 56 manat məbləğində ərzaq yardımı
7. Ninəlov kəndi:
7.1.
Ninəlov kənd lövhəsi – 350 manat
7.2.
Məscidin qaz sayğacı – 150 manat
7.3.
Soyuducu boru – 150 manat
7.4.
Aztəminatlı ailələrə yardım – 850 manat
7.5.
6 ailəyə 56 manat dəyərində ərzaq yardımı
Rəylər
0 Rəy