Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-04-2026 , 14:31

156

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Masallı bələdiyyəsində görüş keçirilib

Vüqar Tofiqli: “Büdcə gəlirlərinin dəfələrlə artırılması vergi-uçot sisteminin düzgün qurulmasından xəbər verir”

“Bələdiyyə olaraq əsas vəzifəmiz şəhər ərazisində sakinləri narahat edən məsələlərin həllində  xdimət  səviyyəsini artırmaqdır”- bu fikirləri Masallı bələdiyyəsinin sədri Tural Ağammədov “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinnin sədri Vüqar Tofiqli ilə keçirilən görüşdə səsləndirib.

Sədr qeyd edib ki, bələdiyyənin vergi xidməti BAMS proqramının verdiyi  bütün imkanlardan yararlanaraq vergi yığımının həcmini dəfələrlə artırmağa nail olub. Əgər 2025-ci ilin birinci rübündə 5.547 manat əmlak və torpaq vergisi əldə edilmişdirsə, cari ilin birinci rübündə bu rəqəm 27.180 manata bərabər olub.  Beş dəfəyədək artımın olması məhz BAMS proqramının ƏMDX məlumat sisteminə qoşulmasının nəticəsidir. Əgər elektron icra sistemindən, o cümlədən SMS xidmətindən lazımı səviyyədə istifadə edilməsi nəticə etibari ilə özünü büdcə gəlirlərində göstərir.

“Bu gün bələdiyyələr sosial media platformalarında   üzləşdikləri çətinlikləri, həyata keçirdikləri layihələri ictimailəşdirməklə yanaşı digər həmkarlarının gördüyü işlərin bəyənilməsi yerli orqanların tanıtdırılmasında, şəffaflıq və hesabatlılığın təmin edilməsində mühüm rol oynayır”-bu fikirləri isə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli deyib.

Bir il ərzində yerli vergilərin həcminin büdcə gəlirlərində ki həcminin birdən birə 3 faizdən 39 faizədək artırılması  diqqəti çəkən nəticədir. Bu günədək fəaliyyəti hiss olunmayan bir bələdiyyənin bu gün belə bir uğura imza atması və az müddət ərzində təcrübəsi yayıla biləcək səviyyəyə çatması təqdirəlayiq bir haldır.

Əldə olunan uğurlaın kökündə bələdiyyə-icra münasibətlərinin düzgün şəkildə qurulmasınında danimlaz rolu olduğunu qeyd edən sədr Tural Ağammədov cari ildə daha böyük uğurlara imza atacağımıza inanırıq.

Görüş bələdiyyəni narahat edən digər mövzular ətrafında davam etdirilib.

Belediyye.info

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər