Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-03-2026 , 22:47

267

Son xəbərlər

Bütün xəbərlər

Bu yol bələdiyyələri uğura apara bilər 

Elmi-Praktik Məsələlər
23-03-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rayon məhkəməsi 20 min manat cərimə kəsdi, sədr apelyasiya şikayəti verdi  

Şəki rayonun Baş Kəldək Bələdiyyəsinin sədri Natiq Məsimov böyük məbləğdə cərimə olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsi bələdiyyədə araşdırma aparıb və nəticədə protokol tərtib edib.

İnzibati xəta haqqında protokoldan görünür ki, Şəki rayonun Baş Kəldək Bələdiyyəsi Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edib.

Şəki Rayon Məhkəməsinin qərarı ilə bələdiyyə sədri Natiq Məsimov 20 min manat cərimə edilib.

Bu qərardan bələdiyyə sədri apellyasiya şikayəti verib, qərarın ləğv olunmasını istəyib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bələdiyyə sədrinin şikayəti qismən təmin edilib, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə hazırlıq mərhələsinə qaytarılıb.

https://yurd.media/olke/sekide-belediyye-sedri-20-min-manat-cerime-edildi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər