Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-03-2026 , 19:39

101

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva: “Fəaliyyətimizi əsasən sakinlərin müraciətləri əsasında qururuq”

“Şabran bələdiyyəsinin əsas məqsədi bələdiyyənin əhatə etdiyi ərazilərdə vətəndaş məmnunluğunun təmin edilməsinə öz dəstəyini göstərməkdir. Ancaq bu dəstəyin göstərilməsi büdcə gəlirlərini artırmaqla öz həllini tapır. Odur ki,  ilk olaraq bələdiyyənin vergi-uçot sistemi təkmilləşdirilmiş və BAMS-ın verdiyi bütün imkanlardan tam yaralanmaqla uğura imza atmağa çalışırıq”- bu fikirləri Belediyye.infoya Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva deyib.

Sədrin sözlərinə görə, fəaliyyətimizi əsasən sakinlərin müraciətləri əsasında qururuq. Belə ki, bu günlərdə bələdiyyə tərəfindən rayonun Mollakamallı kəndində kənd təsərrüfatının inkişafına dəstək məqsədilə mühüm tədbir həyata keçirilmişdir. Bələdiyyənin təşkilatçılığı ilə əkin sahələrinin və meyvə bağlarının su təminatının yaxşılaşdırılması üçün suvarma arxlarında təmizləmə işləri aparılmışdır.

Görülmüş işlər nəticəsində suyun maneəsiz axını təmin olunmuş, kənd sakinlərinin torpaq sahələrinin daha səmərəli suvarılması üçün əlverişli şərait yaradılmışdır.

Daha bir layihə Sincanboyad kəndində icra olunub. Belə ki, sakinlərinin müraciəti nəzərə alınaraq kənd ərazisində əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması məqsədilə əkin arxlarının təmizlənməsi işləri Şabran bələdiyyəsi tərəfindən həyata keçirilmişdir.

Aparılan təmizləmə işləri nəticəsində uzun müddət ərzində lil, torpaq və müxtəlif tullantılarla dolmuş arxlar təmizlənmiş, suyun sərbəst və maneəsiz axını təmin edilmişdir. Bu isə kənd ərazisində yerləşən əkin sahələrinin daha səmərəli suvarılmasına, torpağın məhsuldarlığının artırılmasına və kənd təsərrüfatı fəaliyyətinin daha rahat aparılmasına imkan yaradır.

Qeyd edək ki, yerli əhalinin gündəlik həyatına və kənd təsərrüfatının inkişafına müsbət təsir göstərən bu kimi tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcəkdir.

Bununla yanşı Ramazan ayında bələdiyyə sosial yardım aksiyalarını həyata keçirməyi də unutmayıb.

Belə ki, Müqəddəs Ramazan Bayramı ərəfəsində xeyirxahlıq, mərhəmət və paylaşmaq kimi ali dəyərlərin yaşadılması məqsədilə Şabran şəhər bələdiyyəsi tərəfindən sosial yardım aksiyasına başlanılmışdır.

Aksiya çərçivəsində rayonun Çölquşçu, Hacıqaraqaşlı kəndlərində yaşayan aztəminatlı ailələr ziyarət olunmuş, onlara ərzaq sovqatları təqdim edilmişdir. Ramazan ayı insanları birliyə, mərhəmətə və yardımlaşmaya səsləyən, mənəvi dəyərləri daha da möhkəmləndirən müqəddəs bir aydır. Bu mübarək günlərdə ehtiyacı olan insanlara dəstək olmaq, onların sevincinə şərik olmaq hər birimizin mənəvi borcudur.

Şabran şəhər bələdiyyəsi də bu ənənəyə sadiq qalaraq Ramazan ayının ruhuna uyğun şəkildə aztəminatlı ailələrin yanında olmağa, onların qayğıları ilə maraqlanmağa xüsusi önəm verir. Həyata keçirilən bu sosial aksiya cəmiyyətimizdə həmrəylik, mərhəmət və humanizm kimi dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Uca Allah tutulan orucları, edilən duaları və görülən xeyirxah əməlləri qəbul etsin. Müqəddəs Ramazan bayramının hər bir ailəyə ruzi-bərəkət, sağlamlıq, sülh və firavanlıq gətirməsini arzulayırıq.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər