Boradigah bələdiyyəsinin iştirakı ilə Beynəlxalq Qadınlar Günü ilə bağlı görüş keçirilib
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Boradigah Bələdiyyəsi və Masallı Rayon İcra Hakimiyyətinin Boradigah inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları ərazidə fəaliyyət göstərən təhsil və səhiyyə müəssisələrində çalışan qadınlarla görüş keçiriblər.
Bayram münasibətilə Boradigah qəsəbəsində yerləşən məktəblərin
və Boradigah Sahə Xəstəxanasının qadın kollektivləri ziyarət olunaraq onların cəmiyyətin
inkişafında, gənc nəslin tərbiyəsində və insanların sağlamlığının qorunmasında
göstərdikləri fədakar əməyə görə təşəkkür bildirilib.
Görüş zamanı qadınlara ən xoş arzular çatdırılıb, onların ictimai həyatda fəal rolu və ölkəmizin sosial inkişafına verdikləri töhfə xüsusi qeyd olunub. Eyni zamanda Boradigah Bələdiyyəsi tərəfindən bayram münasibətilə hədiyyə təqdim olunub.
Boradigah bələdiyyəsi
Rəylər
0 Rəy