Bələdiyyə sədri: “Könüllülük fəaliyyəti çərçivəsində gənclər bələdiyyə idarəetməsi üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər"
“Mingəçevir bələdiyyəsində iki gənci könüllülük fəaliyyəti üçün qəbul etdik”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar İsmayılov deyib.
Sədrin
sözlərinə görə, “Könüllülük fəaliyyəti haqqında” Qanununa uyğun olaraq həyata
keçirilən bu təşəbbüs gənclərin yerli özünüidarəetmə prosesində fəal iştirakına
imkan yaradır.
Könüllülük fəaliyyəti çərçivəsində gənclər bələdiyyənin müxtəlif
struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olacaq, yerli özünüidarəetmə,
idarəetmə prosesləri və ictimai xidmət sahələri üzrə praktiki bilik və
bacarıqlar əldə edəcəklər. Eyni zamanda, onlar şəhər miqyaslı sosial və ictimai
layihələrin icrasında fəal iştirak edərək real təcrübə qazanacaqlar.
Görüş zamanı könüllülük fəaliyyəti yalnız təcrübə qazanmaq
deyil, həm də cəmiyyətə töhfə vermək, sosial məsuliyyət hissini formalaşdırmaq
üçün mühüm imkan olmasınl gənclərə məlumat
verildi.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçdi və gələcək
əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam etdirildi.
Sonda sədr Anar İsmayılov gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.
Belediyye.info
Rəylər
0 Rəy