Bələdiyyə sədri növbəti vətəndaş qəbulu keçirib
Şabran bələdiyyəsində vətəndaşların müraciətlərinin dinlənilməsi və mövcud problemlərin operativ həlli məqsədilə növbəti vətəndaş qəbulu keçirilib. Qəbulu bələdiyyə sədri Fidan Fərzəliyeva aparıb.
Görüş zamanı sakinlər tərəfindən əsasən əkin və örüş sahələrinin
bölgüsü, torpaq münasibətləri, sosial qayğıların həlli, kommunal xidmətlərlə
bağlı müraciətlər dinlənilib. Hər bir vətəndaş diqqətlə dinlənib, qeyd olunan məsələlərin
həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Yerində həll edilə bilən
problemlər dərhal aradan qaldırılıb, araşdırma tələb edən müraciətlərin isə
icrası nəzarətə götürülüb.
Vətəndaşların davamlı şəkildə dinlənməsi və problemlərin vaxtında həlli məqsədilə bu kimi görüşlərin mütəmadi olaraq keçirildiyi diqqətə çatdırılıb.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy