Aqil Heydərov: “Bu sosial təşəbbüsün əsas məqsədi şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməkdir”
““Zəfər günü” ilə bağlı Saatlı bələdiyyəsinin təşkilatçılığı ilə bələdiyyənin
inzibati binasının ətrafında ağacəkmə aksiyası keçirilib. “8 Noyabr – Zəfər
Günü münasibətilə reallaşdırılan aksiya Saatlı bələdiyyəsinin üzv və
qulluqçuları və könüllülərin dəstəyi ilə gerçəkləşib”- bu barədə fikirləri adçəkilən
bələdiyyənin sədri Aqil Heydərov deyib.
Sədr qeyd edib ki, bu sosial təşəbbüs 44
günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü ərəfəsində
şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq təşkil olunub. Həmçinin
müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin
qüdrətinin təcəssümü kimi tarixə düşmüş Zəfər Gününün mənəvi əhəmiyyəti tərənnüm
edilib.
Bu çərçivədə Saatlı şəhərinin iqlim şəraitinə
uyğun olaraq 100 ədəd müxtəlif növ ağac əkilib.
Sədr Aqil Heydərov bildirib ki, əsas məqsəd Zəfər Gününün mahiyyətini və əhəmiyyətini gənc nəslə çatdırmaq, şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməkdir. Layihə onların Vətən uğrunda göstərdikləri qəhrəmanlığı və fədakarlığı təbliğ etməklə yanaşı, rayonun ekoloji mühitinin yaxşılaşdırılmasına və yaşıllaşdırılmasına töhfə verməyi də hədəfləyir.
Belediyye.info
Rəylər
0 Rəy