Tünzalə Qardaşova: “Boradigah bələdiyyəsi olaraq daim vətəndaş rifahının və məmnunluğunun təmin olunmasına çalışırıq”
Sədrin sözlərinə görə, Prezident İlham Əliyevin
sosial-iqtisadi siyasətinin mərkəzində
bu gün məhz vətəndaş rifahının təminatı prinsipi dayanır və sosial sahədə
ildən-ilə geniş miqyas alan islahatlar, rifah halının yaxşılaşdırılması üçün
atılan mühüm addımlar, əldə olunan böyük sosial uğurlar da bunu bir daha təsdiq
edir. Həssas qrupların sosial təminatı və
sosial ödənişlərin artırılması, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf,
operativ və əlçatan şəkildə təşkili və digər müvafiq fəaliyyət sahələrində ardıcıl
və məqsədəuyğun işlər görülüb.
Boradigah bələdiyyəsi olaraq daim vətəndaş rifahının və məmnunluğunun təmin
olunmasına
çalışırıq. Odur ki, bələdiyyəyə edilən müraciətlərin hər biri ciddi təhlil
edilir və icrası
ilə bağlı bələdiyyə iclasında qərarlar qəbul edilir.
Bu günlərdə bələdiyyəyə edilən vətəndaş müraciətinə əsasən
Babaser kəndində su ötürücü
kanalların təmizlənməsi işi həyata keçirilmişdir. Görülən işlər ərazidə suyun
axınının tənzimlənməsinə və yaxşılaşdırılmasına xidmət edir.
Sədr bu prosesdə əməkdaşlıq və dəstək göstərən qurumlara dərin
minnətdarlıq bildirməyi də unutmayıb.
Belediyye.info
Rəylər
0 Rəy