Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-09-2025 , 22:00

1082

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran bələdiyyəsində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

27 Sentyabr – Azərbaycan tarixində əbədi olaraq yaddaşlara həkk olunmuş şanlı Anım Günüdür. Bu gün xalqımız bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların müqəddəs ruhları qarşısında baş əyir.

Bu münasibətlə Şabran bələdiyyəsində tədbir keçirildi. Tədbirdə şəhid ailələri iştirak etdilər və qəhrəman övladlarımızın xatirəsi böyük ehtiramla anıldı. Qeyd edək ki, şəhidimiz Xəyal Həsənovun valideynləri – Zərnişan xanım və Əliyulla bəy, şəhidimiz Murad Rəsulovun atası İlqar Rəsulov, həmçinin şəhidimiz İlkin Ağaquliyevin anası Əfidə ana tədbirdə iştirak edərək, övladlarının şərəfli həyat yolundan, Vətən uğrunda göstərdikləri igidlik və qəhrəmanlıqlardan danışdılar.

Tədbir iştirakçıları çıxışlarında onu da vurğuladılar ki, 27 Sentyabr – Anım Günü xalqımızın birlik, həmrəylik və vətənpərvərlik nümunəsinin təcəssümüdür. Şəhidlərimizin keçdiyi şərəfli yol gələcək nəsillər üçün daim örnək olacaq, onların qanı bahasına qorunan torpaqlarımız əbədi olaraq Azərbaycan xalqının milli qürur mənbəyinə çevriləcəkdir.

Şəhid ailələrinin tədbirdə iştirakı xüsusi qürur doğurdu. Onların nümayiş etdirdiyi səbr, dözüm və Vətənə sədaqət hər birimiz üçün böyük bir vətənpərvərlik dərsidir. Bu münasibətlə şəhidlərimizin ailələrinə – Zərnişan xanıma və Əliyulla bəyə, İlqar Rəsulova, Əfidə anaya dərin təşəkkürümüzü bildiririk. Onların övladları xalqımızın yaddaşında əbədi qəhrəman kimi yaşayacaq, şəhidlərimizin müqəddəs xatirəsi isə hər zaman hörmət və ehtiramla anılacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun! Qarabağ Azərbaycandır!

Şabran Bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər