Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2025 , 23:49

1263

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +


İmişli regional ədliyyə idarəsində Biləsuvar rayonu üzrə bələdiyyə sədrləri və qulluqçuları üçün maarifləndirici seminar-müşavirə təşkil olunub


Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsində Biləsuvar rayonu üzrə bələdiyyə sədrləri və qulluqçuları üçün maarifləndirici seminar-müşavirə təşkil olunub.

Seminarda “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” 18 oktyabr 2024-cü il tarixli Qanunun və Nazirlər Kabinetinin 13 yanvar 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlər haqqında danışılıb, bələdiyyələr tərəfindən birləşmə ilə bağlı sənədlərin qısa müddətdə tam şəkildə başa çatdırılması barədə məlumat verilib.

Həmçinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn məsələlər, yerli özünüidarəetmə sahəsində antikorrupsiya mühitinin yaradılması ilə bağlı qanunvericiliyin tələbləri, su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolu, son bələdiyyə seçkilərinə əsasən formalaşmış bələdiyyələrin fəaliyyətinin təşkili məsələləri, vətəndaş müraciətlərinə baxılmasının hüquqi əsası və xüsusiyyətləri, bələdiyyə qərarlarının strukturu və məzmununa dair tələblər, bələdiyyə mülkiyyəti, bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri, büdcənin icrası, yerli büdcənin gəlir və xərcləri, habelə yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, sahibkarlıq fəaliyyəti subyektlərinin və vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi ilə bağlı məsələlər, bələdiyyələr tərəfindən hesabatlılığın təmin edilməsinin əhəmiyyəti, bələdiyyə üzv və qulluqçularının etik davranış qaydaları, insan və vətəndaş hüquq və azadlıqlarının, əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində bələdiyyənin rolu və yerli səviyyədə abadlaşdırma, tikinti və yaxşılaşdırma işlərinin təşkilində bələdiyyələrin iştirakı ilə bağlı tənzimləmənin xüsusiyyətləri barədə iştirakçılar ətraflı məlumatlandırılıblar.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, onlara praktiki tövsiyələr verilib və fikir mübadiləsi aparılıb.

İmişli regional ədliyyə idarəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
447

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
649

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
565

Nazir bu şəhərdə vətəndaşları qəbul edəcək

Gündəlik Xəbərlər
29-10-2025
596

Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür


Gündəlik Xəbərlər
20-09-2025
596