Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-06-2025 , 18:53

923

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mikayıl Məmmədov: "Maştağa bələdiyyəsi hər zaman şəhid və qazi ailələrini diqqətdə saxlayır" 

"Maştaga bələdiyyəsi olaraq hər zaman vətənimizin ərazi bütovlüyü uğrunda  şəhid olmuş qəsəbə sakinlərini diqqətdə saxlayırıq"- bu fikirləri Sabunçu rayonu Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov deyib.

Sədr qeyd edib ki, bələdiyyə iclasının qərarı ilə 1-ci Qarabağ müharibəsi şəhidi Kərim Eldarovun məzarı yenidən qurulmuş, ətrafında təmizlik işləri aparılmışdır. 

Açılış tədbirində Maştaga bələdiyyəsinin rəsmiləri ilə yanaşı,  Sabunçu rayon icra hakimiyyətinin şöbə müdiri Fəqan  Əlizadə, YAP-ın Sabunçu təşkilatının sədr müavini Zülfüqar Cəfərov  iştirak etmişlər.

Mikayıl Məmmədov bildirib ki, Maştağa bələdiyyəsi olaraq bundan sonra şəhid və qazi ailələrini diqqətdə saxlamaqla yanaşı, həssas qrupa aid ailələri narahat edən məslələrin həllinə bundan sonra da maliyyə imkanları çərçivəsində çalışacaqlar.

Allah şəhidlərimizə rəhmət eləsin.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabiq bələdiyyə sədri vəfat edib

Bakı
30-06-2025
1352