Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2025 , 23:44

647

Son xəbərlər

Bütün xəbərlər

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrlə iş baş idarəsi tərəfindən  videokonfrans formatında seminar-təlimlər keçirilib



May ayının 12-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən “Yerli səviyyədə abadlaşdırma, tikinti və yaxşılaşdırma işlərinin təşkilində bələdiyyələrin iştirakı ilə bağlı tənzimləmənin xüsusiyyətləri” və “Su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolu” mövzularında Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə nümayəndələrinin iştirakı ilə videokonfrans formatında seminar-təlimlər keçirilib.

Seminarlarda şəhərsalma və tikinti fəaliyyətinin əsas anlayışları, dövlət şəhərsalma nəzarətinin qaydaları, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Eyni zamanda, su ehtiyatlarının səmərəli istifadəsi və bərpası ilə bağlı səylərin artırılması zərurəti nəzərə alınaraq bələdiyyə ərazisindəki su ehtiyatlarından, yerli su obyektlərindən qənaətlə istifadə edilməsi, onların mühafizəsinin təmin olunması, həmçinin su təsərrüfat obyektlərinin yaradılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Sonda yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin qanunvericiliyə uyğun təşkili və bu istiqamətdə qanunvericiliyin tələblərinə riayət olunması tövsiyə edilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Bələdiyyələrlə iş baş idarəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
230

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
333