Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-04-2025 , 20:07

1508

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Assosiasiya rəsmiləri Əbu-Dabidə keçirilən  İllik İnvestisiya Yığıncağında iştirak ediblər

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov  Əbu-Dabidə keçirilən  İllik İnvestisiya Yığıncağının (“AIM Congress”)  14-cü konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı  Əbu-Dabi şəhərində səfərdə olub. Bu barədə məlumatı AŞBMA-nın və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib. 

7-9 aprel 2025-ci il tarixli AIM Konqresin 14-cü konfransının açılış mərasiminə BƏƏ-nin Xarici Ticarət naziri və Konqresin prezidenti Thani Bin Ahmed Al Zeyoudinin çıxışı ilə başlayıb.

Sədr qeyd edib ki, açılış mərasiminə dövlət başçıları, nazirlər, diplomatik nümayəndələr, o cümlədən Azərbaycan Respublikasının bir sıra nazirliklərinin məsul vəzifəli şəxsləri qatılıblar. Konqresin bu ilki 14-cü konfransı “Qlobal İnvestisiyaların Gələcək Xəritəsinin çəkilməsi: Qlobal İnvestisiya Landşaftının Yeni Dalğası – Yeni Balanslaşdırılmış Dünya Strukturuna Doğru” mövzusuna həsr olunub. Konfransa 180 ölkədən olan on mindən çox iştirakçı və minə yaxın məruzəçi qatılıb.

AŞBMA-nın sədri Təmraz Tağıyev konfrasın 3-cü günündə qlobal rəqəmsal əməkdaşlıq üzrə şəhər merlərinin dəyirmi masasına qatılaraq panel müzakirələrdə aktiv iştirak edib. Azad, təhlükəsiz və  rəqəmsal gələcəyin təşviqində merlərin rolu haqqında çıxış edən Təmraz Tağıyev  ölkəmizin investisiya imkanlarından, yerli idarəetəməyə yaradılan şəraitdən,  ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə dair məlumatlar verib.

Sədr ökəmizdə ötən  il yüksək səviyyədə keçirilən COP-29 konfransının yaratdığı müsbət əks sədadan danışaraq İnvestisiya Toplantısının ikitərəfli mədəni - iqtisadi əlaqələrin inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli bir  platforma olduğunu qeyd edib.

Daha sonra Təmraz Tağıyev  iştirakçıları maraqlandıran  bir sıra sualları cavablandırıb.






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
734

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
861

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
767

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
833

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
748

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
905

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1220