Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-10-2024 , 18:53

2195

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün bələdiyyə fəaliyyəti ilə əlaqədar seminarlar təşkil edilib


Sentyabr və oktyabr aylarında Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə tələbələr üçün “Azərbaycanda yerli özünüidarəetmə”, “Bələdiyyələrin fəaliyyətində qadınların rolu” və “Bələdiyyələrin fəaliyyətində gənclərin rolu”  mövzularında silsilə seminarlar təşkil edilib.

Görüşlərdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin nümayəndələri bələdiyyələrin fəaliyyət istiqamətləri, onların səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələlər, Nazirlik tərəfindən bələdiyyələrin hüquqi maarifləndirilməsi və onlara göstərilən metodoloji köməklik tədbirləri, o cümlədən bələdiyyələrin fəaliyyətində gənclərin və qadınların rolu mövzularında təqdimatlar edib. Daha sonra tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.

Həmçinin görüşdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi və Dövlət İdarəçilik Akademiyasının nümayəndələri gələcək əməkdaşlıq istiqamətləri barədə də fikir mübadiləsi aparıb.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
612

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
472

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
440

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
347

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
519

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
342