Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-12-2023 , 18:54

3393

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

YAP Binəqədi rayon təşkilatında  M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi partiya təşkilatının sədri Hümbət Hüseynovun 60 illik yubileyi münasibətilə görüş keçiriib

YAP Binəqədi rayon təşkilatında partiya üzvü, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 5 (M.Ə.Rəsulzadə bələdiyyəsi) ünvanlı ərazi partiya təşkilatının sədri Hübmət Hüseynovun 60 illik yubileyi münasibətilə görüş keçirildi.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov 60 illik yubileyini qeyd etdiyimiz partiya fəalını təbrik edərək ona ən xoş arzularını çatdırdı, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri olan H.Hüseynovun Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü kimi Azərbaycanı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyalarında layiqincə təmsil etməsindən, onun "Qarabağda və ətraf şəhər və rayonlarda humanitar vəziyyət" mövzusuna dair bəyannamə layihəsinə münasibət bildirməsinin əhəmiyyətindən, həmçinin H.Hüseynovun dövlət və bələdiyyə idarəetməsindəki təcrübəsindən bəhs edərək, xatirələrini bölüşmüşdür.
Görüşün sonunda çıxış edən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 5 ünvanlı ərazi partiya təşkilatının sədri Hübmət Hüseynov göstərilən diqqət və qayğıya görə rayon təşkilatının kollektivinə öz təşəkkürünü bildirdi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu gün sürətlə inkişaf edən və sıraları durmadan genişlənən Yeni Azərbaycan Partiyası sıralarında qürurla təmsil olunduğunu qeyd etdi.
Görüşün sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə və 60 illik yubileyi münasibətilə Hübmət Hüseynov Fəxri Fərmanla təltif edildi, ona hədiyyə təqdim edildi. Görüş çay süfrəsi ətrafında davam etdirildi.
YAP Binəqədi rayon təşkilatı

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
904

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
1329

Yeni seçilən bələdiyyə sədrlərinin diqqətinə: CİDDİ

Gündəlik Xəbərlər
05-03-2025
1128

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
1066

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
1139

Elşad Vəliyev Xətai bələdiyyəsinin sədri seçilib 


Gündəlik Xəbərlər
17-02-2025
1854

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA

Gündəlik Xəbərlər
15-02-2025
1811