Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-07-2024 , 18:09

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin hüquqi maarifləndirilməsi davam etdirilir

Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsi tərəfindən iyul ayının 4-də və 5-də Bələdiyyələrin Mili Assosiasiyalarının məsul nümayəndələrinin  və Bakı bələdiyyələrinin iştirakı ilə seminar-müşavirələr keçirilib.

Tədbirlərdə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunmuş 2024-cü il “Yaşıl dünya naminə həmrəyliy ili” ilə əlaqədar Ədliyyə Nazirliyi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları, Nərimanov və Binəqədi bələdiyyələrinin birgə təşkilatçılığı ilə bələdiyyə üzv və qulluqçularının iştirakı ilə təşkil edilmiş ağacəkmə aksiyalarından və digər ekoloji tədbirlərdən bəhs olunub, bu istiqamətdə digər bələdiyyələrin də aktiv iştirakının zəruriliyi vurğulanıb.

Daha sonra Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Respublikasının Prezidentinin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə bağlı iştirakçılar məlumatlandırılıb.

Həmçinin ölkəmizdə cari ildə keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar seçki hüquqlarının həyata keçirilməsi məsələlərinə dair hüquqi maarifləndirmə işinin əhəmiyyətindən bəhs edilib.

Tədbirlərdə gündəlik aktual mövzulara da toxunulub. Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılmasının zəruriliyi, bələdiyyələrin vəzifəli şəxslərinin bilavsitə korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları ilə bağlı iştirakçıların diqqətinə çatdırılıb, bu sahədə qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsi barədə tövsiyələr verilib.

Sonda iştirakçıların çıxış və təklifləri dinlənilib.

https://belediyye.gov.az/news/canli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qax bələdiyyələri: faktlar və rəqəmlərdə

Gündəlik Xəbərlər
06-08-2024

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024