Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-05-2023 , 19:48

4948

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Xaçmaz regional ədliyyə idarəsinin təşkilatçılığı ilə  konfrans keçirlib  

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması məqsədi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ədliyyə Nazirliyi Kollegiyasının 14.12.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq 05 may 2023-cü tarixdə Xaçmaz Regional Ədliyyə İdarəsinin təşkilatçılığı və Xaçmaz Rayon İcra Hakimiyyətinin, Xaçmaz rayon Məhkəməsinin sədrinin və kollektivinin, o cümlədən idarənin ərazi yurisdiksiyasına daxil olan yerli ədliyyə qurumlarının əməkdaşlarının, müvafiq bələdiyyələrin iştirakı ilə konfrans keçirilmişdir.
Tədbir içtirakçıları  əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xaçmaz şəhərində Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış abidəsi  önünə gül dəstələri qoyaraq  Ulu öndərin  əziz xatirəsi ehtiramla anılıb, daha sonra Heydər Əliyev muzeyində Ulu Öndərin mənalı həyat və fəaliyyətinə həsr olunan, dövlət rəhbərləri ilə görüşlərini əks etdirən fotosənədlər və digər məlumat və eksponatlarla tanışlıq olub.
Tədbirin davamı olaraq Xaçmaz regional ədliyyə idarəsinin inzibati binasında idarənin rəis vəzivəsini icra edən, rəis müavini Qədir Paşayev və digər əməkdaşlar tərəfindən görkəmli dövlət xadimi Ulu Öndərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti, müasir Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq islahatlarının inkişafında rolu barədə ətraflı məlumat verilmiş və sonda Heydər Əlievin mənalı ömür yolu və dövlətçilik tarixində gördüyü işlərə həsr olunan «Tarixin izi ilə» qısametrajlı film nümayış etdirilmişdir.
Xaçmaz regional ədliyyə idarəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
754

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
635

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1070

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1009

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
675

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
676

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
819

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
719

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
798