Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-05-2023 , 08:37

9159

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Nəbatat bağının rəhbərliyinə qurumuş ağacların götürülməsi barədə müvafiq tapşırıq verilib”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyəti Nəbatata bağına baxışla əlaqədar  birgə məlumat yayıblar.  Məlumatda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yenidənqurma və abadlıq işləri aparılan Mərkəzi Nəbatat Bağına baxış keçirilib.

Baxış zamanı ərazidə son dövrlərdə ziyanvericilərin sirayət etməsi nəticəsində bir neçə ağacın xəstəlikdən quruduğu müşahidə olunub və qurumuş ağacların bəzilərinin götürüldüyü, bəzilərinin isə qaldığı müəyyən edilib. Xəstəliyin digər ağaclara keçməməsi üçün Nəbatat Bağının rəhbərliyinə qurumuş ağacların götürülməsi barədə müvafiq tapşırıq verilib.

Əraziyə baxış keçirilən zaman bioloji inkişafda olan bir neçə cavan ağacda “Hisli kif” və “Lentşəkilli sovka” xəstəliyi aşkar edilib. Onların bir hissəsi kəsilib, lakin ərazidən tam həcmdə  götürülməyib və utilizasiyası həyata keçirilməyib.

Bütün çatışmazlıqlar rəsmiləşdirilib və bağın rəhbərliyinə tapşırılıb ki, abadlaşdırma prosesində yaşıllıqların qorunması və mühafizəsi təmin edilsin.

Qeyd edək ki, Nəbatat Bağında yenidənqurma və abadlıq işləri başa çatdırıldıqdan sonra bağ paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl təbiət nümunəsinə çevriləcək.


Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
315

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
614

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
467

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
661

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
689