Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-05-2023 , 19:50

4022

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə  “Müstəqil Azərbaycanın Banisi” adlı konfrans keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın Banisi” adlı konfrans keçirilib.

Konfrans iştirakçıları ilk öncə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Konfransı Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyevin açılış nitqi ilə başlayıb. Azay Quliyev qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə ölkəmizi zamanın mürəkkəb tarixi sınaqlarından və siyasi təlatümlarından müvəffəqiyyətlə  çıxarmış, bütün təhlükələrə və təhdidlərə baxmayaraq, qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, fitri istedadı, qətiyyəti, müdrüklüyü və əzmkarlığı sayəsində ölkəmizin gerçək müstəqilliyini və inkişafını təmin etməyi bacarmışdır: “Ulu Öndəri hər zaman müvəffəq edən və qarşısında duran bütün çətinlikləri və maneləri dəf etməyə güc verən əsas amillər nə idi? Birinci, xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı və dəstəyi. İkinci, siyasət nəhəngi olan Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti. Üçüncü, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi idi”.

Azay Quliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında mühüm xidmətlərindən biri də Azərbaycanın müstəqilliyinin və inkişafının davamını etibarlı şəkildə təmin edən, 44 günlük Vətən müharibəsində şanlı və tarixi Zəfəri xalqımıza yaşadan İlham Əliyev kimi layiqli siyasi varisin, qətiyyətli liderin yetişdirməsi idi: “Banisi olduğu müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Əminəm ki, dünya siyasəti tarixinə adını qızıl hərflərlə yazdırmış, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq, Heydər Əliyev siyasəti Azərbaycanın müstəqlliyinə və inkişafınə əbədiyyən xidmət edəcəkdir”

Konfransda “Heydər Əliyevin Qurtuluş missiyası” mövzusunda çıxış edən AR Millə Məclisi sədrinin birinci müavini, Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, “1990-ci ilin yay aylarında Heydər Əliyevin Bakıya qaydışı ilə tarixi bir şans yaranmışdı. Çünki o dövr xalq Heydər Əliyevi arzulayırdı. O, çətin də olsa Bakıya gəlmişdi. Amma yenə də o zaman hakimiyyətdə olanlar buna imkan vermədilər və Heydər Əliyev cəmi iki gündən sonra Bakını tərk etməli oldu, beləliklə, Naxçıvana qayıtdı.O dövrdə hələ SSRİ-i dağılmamışdı, Azərbaycanın üçrəngli bayrağı Heydər Əliyev tərəfindən Naxçıvan Ali Məclisində ucaldıldı. Faktiki olaraq Azərbaycan müstəqillik tarixinin müəllifi Heydər Əliyevdir. Təəssüf ki, Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi, Heydər Əliyevi  respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.”

 “Heydər Əliyevin elm, təhsil və səhiyyə siyasəti” mövzusunda çıxış edən AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, “Onun Azərbaycan üçün gördüyü işlərin misli yoxdur. İstər SSRİ dövründə respublikamıza rəhbərlik edəndə, istərsə də müstəqilliyimizi əldə edəndən sonra 90-cı illərin əvvəllərində, yəni yenidən hakimiyyətə gəldikdən sonra gördüyü işlər göz qabağındadır. Bu gün Azərbaycanda olan nə varsa, onun adı, siyasəti ilə bağlıdır.Ulu öndərin səhiyyə, tibb təhsili sahəsində gördüyü işlər çoxdur. Hələ SSRİ dövründə dünyanın başqa ölkələrinə çıxışımız yox idi. O dövrlər Heydər Əliyev təhsil sahəsində düzgün siyasət aparırdı. Çox istedadlı gəncləri SSRİ-nin ən qabaqcıl mərkəzlərinə – Moskva, Sankt-Peterburq, Kiyev kimi güclü tibb mərkəzlərinə göndərirdi. Mən də o gənclərdən biri idim”

 “Heydər Əliyevin xarici siyasəti” mövzusunda çıxış edən AR Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov bildirdi ki “Azərbaycanın beynəlxalq aləmə, Avropaya, onun müxtəlif strukturlarına, o cümlədən Avropa Şurasına inteqrasiyası da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev daxili siyasətlə yanaşı, xarici siyasət istiqamətində də mühüm addımlar atdı, qısa müddət ərzində Azərbaycanın bir çox dövlətlər və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı yarandı, ölkəmiz iri beynəlxalq layihələr həyata keçirməyə başladı. 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması isə Azərbaycanın gələcək inkişafını təmin etdi”.

“Heydər Əliyevin gənclər siyasəti” mövzusunda çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki “Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və digər sahələrdə mövcud olan problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları, inkişaf strategiyaları qəbul edildi. Gənclər siyasətində idmanın inkişaf etdirilməsinə və onun kütləviliyinin artırılmasına isə xüsusi diqqət yetirildi. Bu gün Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə daha səmərəli və mütəşəkkil formada davam edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova “Heydər Əliyev siyasəti insan hüquq və azadlıqlarının etibarlı təminatıdır” mövzusunda məruzəsində qeyd edib ki, Ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olan prioritet məsələlərdən biri də insan hüquqları olmuşdur. Bu istiqamətdə Heydər Əliyev mühüm qərarlar qəbul etmişdir. Onlardan biri ölüm hökmünün ləğv edilməsi idi ki, 1993-cü ildə bu cəza növünə qadağa qoyuldu və ömürlük məhkumluq cəzası ilə əvəz edildi. Ölüm cəzasının aradan qaldırılmasına qarşı etirazlar da olmuşdur. Ulu öndər qeyd edirdi ki, insanın insanı öldürməsi başqa haldır, lakin hüquqi-demokratik dövlət öz vətəndaşını öldürə bilməz və təkidlə bu qərarı Qanun səviyyəsinə qaldırdı.

“Heydər Əliyev vətəndaş cəmiyyətinin Qurucusudur” mövzusunda məruzəsində MQF-nin prezidenti Rauf Zeyni qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində təkcə dövlət strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilmişdir. Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən olmuşdur. Vətəndaş cəmiyyətinin formalaşması isə hər şeydən əvvəl, ölkədə dayanıqlı sabitlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial ədalət prinsipinin bərpası, demokratik dəyərlərə hörmət, hüququn aliliyinin təmin olunması deməkdir.

 Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev “Heydər Əliyevin müstəqil medianın formalaşmasında tarixi xidmətləri” mövzusunda məruzəsində qeyd etdi ki, “Vaxtilə mənim də çalışdığım və ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilən "Azərbaycan" nəşriyyatının binası da ulu öndər Heydər Əliyevin hələ sovet dövründə ikən milli mətbuatımıza göstərdiyi diqqət və qayğının təzahürüdür. Həmin vaxt belə bir modern binanın istifadəyə verilməsi və çoxtirajlı qazetlərin redaksiyalarının vahid bir yerdə fəaliyyət göstərməsi olduqca önəmli bir hadisə idi.”

Sonra Ümummilli lider Heydər Əliyevin ifasında səslənən və Ulu Öndərə həsr edilən mahnılardan ibarət konsert proqramı nümayiş edilib.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
526

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
486

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
492