Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2026 , 00:19

52

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Naxçıvan
- +

Tahir Hüseynli: “Birinci rübdə büdcə gəlirlərini 35 faiz artıra bilmişik”

“Son bir il ərzində bələdiyyənin büdcə gəlirlərində 35 faizlik artım olub”- bu fikirləri Belediyye.infoya Naxçıvan bələdiyyəsinin sədri Tahir Hüseynli bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən görüşdə deyib.

Sədr görüşdə çıxış edərək büdcə gəlirləri ilə bağlı bəzi rəqəmlərə də toxunub:

“2025-ci ilin birinci rübündə əmlak vergisinin  həcmi 18.204 manat, torpaq vergisinin həcmi  2.053 manat, bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən daxil olan ödənişin  həcmi 58.489, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişin həcmi 4.838 manat, mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişin həcmi 3.408 manat, digər gəlirlər 1.228 manat olmaqla cəmi 88.220 manat olub.  

2026-ci ilin birinci rübündə isə  əmlak vergisinin həcmi 18.947 manat, torpaq vergisinin həcmi  2.736 manat, bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən daxil olan ödənişin həcmi 86.862 manat, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişlərin 4.838 manat, mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərin 50  manat, digər gəlirlər 10.417 manat olmaqla cəmi 119.014 manat olub”

Görüşdə sədr bələdiyyənin fəaliyyətini qənaətbəxş hesab etsə də, görüləsi işlərdən, həyata keçiriləsi layihələrdən də danışıb.

Sədr qeyd edib ki, vergi xidməti BAMS-ın verdiyi bütün imkanlardan istifadə etməklə büdcə gəlirlərini daha çox artırmağa nail olmalıdır.

Görüşdə çıxış edən bələdiyyə üzvləri bələdiyyənin cari ilin  birinci rübündəki fəaliyyətini qənaətbəxş hesab etməklə, yanaşı öz təklif və tövsiyələrini də verməyi unutmayıblar.  

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz