Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-05-2023 , 16:02

3442

Son xəbərlər

Bütün xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“İqtisadi inkişafı dəstəkləyən bələdiyyə rəhbərləri” Təşəbbüsü tərəfindən təşkil olunan Regional Mənavermə Seminarında iştirak ediblər

İÇƏRİ ŞƏHƏR Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə və Xırdalan Bələdiyyəsinin sədri Orxan Musayev “Portfel Səyahəti” proqramı çərçivəsində Belçikanın Brüssel şəhərində “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə rəhbərləri” (M4EG) Təşəbbüsü tərəfindən təşkil olunan Regional Mənavermə Seminarında iştirak edirlər.
Azərbaycan özünüidarəetmə orqanlarının rəhbərləri layihə müddətində qazandıqları təcrübəni bölüşmək üçün Avropa İttifaqı Qonşuluq Siyasəti və BMT-nin İnkişaf Proqramının Brüssel Nümayəndəliklərinin Ali Rəhbərliyi ilə Liderlik Səhər yeməyinə qatılıblar.
“Ağıllı İçərişəhər” (İçərişəhər) və “Sahibkarlıq və İstedad” (Xırdalan) portfolioları BMT-nin İnkişaf Proqramının və təşəbbüsün texniki təminatçılarının dəstəyi ilə müvafiq layihə qrupları tərəfindən hazırlanıb.
M4EG təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələrinin yerli hakimiyyət orqanlarına daxili imkanlarını inkişaf etdirmək və müasir dövrün çağırışlarının həllində innovativ yanaşmalar tətbiq etmək üçün imkanlar açır.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən M4EG yerli icmaların ehtiyaclarını öyrənmək, təcrübə keçmək və öz təcrübələrini bölüşmək üçün Azərbaycanın 55 yerli özünüidarəetmə orqanını bir araya gətirir.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
794

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
544

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
352

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
914