Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-04-2023 , 22:22

5299

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi qaydası dəyişib

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi qaydası dəyişib

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun icrası ilə bağlı əlavə tədbirlər barədə” 23 dekabr 2000-ci il tarixli fərmana, 22 iyun 2010-cu il tarixli fərmanla təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na, 9 dekabr 1999-cu il tarixli fərmanla təsdiq edilmiş "Dövlət əmlakının Registri haqqında Əsasnamə”yə, 19 dekabr 1997-ci il tarixli fərmanla təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə, 23 oktyabr 2003-cü il tarixli fərmanla təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na dəyişiklik edib. "Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərmanlar imzalayıb.

Fərmanlara əsasən, lazımi sənədləri və yaxud məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə etmək mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşlardan tələb edilməyəcək. Belə sənədləri və ya məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə etmək mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və ya vətəndaş tərəfindən təmin ediləcək.

https://report.az/biznes-xeberleri/azerbaycanda-dovlet-emlakinin-ozellesdirilmesi-qaydasi-deyisib/

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
530

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
614

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
589

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
698