Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-04-2023 , 20:56

8928

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

BNA Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmana görə, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməlidir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilib.

Bakı inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

https://report.az/infrastruktur/bna-azerbaycan-yerustu-neqliyyat-agentliyinin-balansina-verilib/

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
754

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
636

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1070

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1009

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
675

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
676

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
819

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
719

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
798