Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-04-2023 , 09:51

6187

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ötən il 78 bələdiyyənin aylıq qazancı 108 manat olub

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, Daşkəsən rayonunda formalaşan 19 bələdiyyənin ötən ildəki büdcə gəliri 80.600 manat olub ki, bununda 40.600 manatı dövlətin ayırdığı dotasiya təşkil edib. Lerik rayonunda formalaşan 29 bələdiyyənin büdcəsinə  isə ötən il ərzində 76.900 manat daxil olub. Bu vəsaitin  59.700 manatı  dövlət tərəfindən ayrılan maliyyə vəsaiti təşkil edib. Yardımlı rayonunda  isə formalaşan 30 bələdiyyənin büdcə gəliri  102.800 manata bərabər olub. Bununda 58.800 manatını dotasiya təşkil eidb.

Demək üç rayonda 78 bələdiyyə formalaşıb. 78 bələdiyyənin illik büdcəsi 260.300 manat olub. Bu vəsaitin isə 159.100 manatını dotasiya təşkil edib. Belə çıxır ki, 78 bələdiyyənin  il ərzində qazancı 101.200 manat olub ki, bu da ay ərzində 108 manat edir.

Düşünürəm ki, 78 bələdiyyənin düşdüyü bu ağır maliyyə durumu, xüsusəndə rayon icra başçlarını narahat etməlidir.

Əlavə edim ki, belə ağır durumda olan 78 bələdiyyənin ikisinə bu yaxınlarda üstəlik bir cərimədə kəsilib. Nə isə....

Belediyye.info  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
161

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1004

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
503

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
486

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
540

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
693