Ötən il bələdiyyə müəssisələrindən nə qədər mənfəət vergisi daxil olub?
15 iyun Milli Qurtuluş Günü- Azərbaycan tarixinin dönüş nöqtəsi - YEGANƏ ABBASOVA YAZIR
"JEK"lərin xidmət haqqı toplaması qanunidir?
Yasamal bələdiyyəsi tərəfindən də Qurban sovqatları paylanılıb
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası ziyarət olunub
50 ailəyə "Qurban payı" verilib
Ağcabədi bələdiyyəsi tərəfindən 20 şəhid ailəsinə bayram sovqatı verilib
Nizami bələdiyyəsi tərəfindən həm qurban payı paylanılıb, həm də Reabilitasiya mərkəzi ziyarət edilib
Bələdiyyə sədri: "Qurban payı gün ərzində bələdiyyə üzv və qulluqçularının iştirakıyla paylanılıb"
"Əsasnamə” təsdiq edilib
Bələdiyyə sədri: "Təcrübə proqramını uğurla başa çatdırmış tələbələrə sertifikat və kiçik hədiyyələr təqdim olunub"

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
"Köçkün" qızılgülün sevinci...
44 günlük şanlı savaşımızdan nə qədər danışsaq, yazsaq da nə sözümüz tükənən deyil, nə xatirələrimiz, nə bu sevinci bizə yaşadanlara minnətdarlıq duyğularımız. Nə xoş bu millətə və məmləkətə ki, artıq torpaqlarımızın işğalının növbəti ildönümlərini qeyd etmək əzabından qurtulmuşuq. Amma törədilən soyqırımları unutmaq olmaz və Azərbaycan adlı məmləkət var olduqca millətimizə qarşı törədilən bu misilsiz erməni vəhşiliyini xatırlamalı, günahkarıları lənətləməliyik.
Sabah Başlıbel soyqırımın 30-ci ildönümü münasibətilə Gəncə şəhərində anım mərasiminə dəvətliyəm və fürsətdən istifadə edərək bazar günü olduğundan Bərdəyə gəlmişdim. Öyrəndim ki, əziz dostum, bütün ruhu ilə 28 il Qarabağsızlıq dərdini bizlərlə bərabər yaşamış Ağdam rayonun sabiq icra başçısı Nizami Sadıqov Ağdamda, Quzanlıdakı evindədir. Çay içmək və bir az həmsöhbət olub dərdləşmək təklifini qəbul edərək evinə getdim. Həyətə daxil olanda qeyri-adi qızılgül qoxusu məni valeh etdiyindən güllərə yaxınlaşıb doyunca bir neçə dəfə sinəmə çəkdim sözlə ifadə edilməyəcək bənzərsiz qızılgül rayihəsini...
Sən demə, o qızılgülün maraqlı tarixçəsi varmış. Belə ki, 93-cü ilin iyulunda Ağdamın işğalı günü bir ağdamlı qardaşımız "Qrad" atəşi altında ailəsini götürüb evdən qaçmaq zorunda qalanda maşından düşüb həyətdə bel axtarır. Həyat yoldaşı onun üstünə qışqırır ki, ay kişi, bu boyda evi qoyub həyətdə bel axtarmaq vaxtıdırmı, bu dəqiqə qəlpələr səni parça-parça edəcək. Kişi qayıdır ki, evimi erməniyə versəm də bu qızılgülü onlara saxlamaq ölməkdən betərdir, evsiz yaşayaram, bu qızılgüllərsiz əsla...
Quzanlıya pənah gətirən həmin ailə qızılgülə ikinci həyat verirlər, özləri kimi qaçqınlıq həyatı. Nizami Sadıqov rayona icra başçısı təyin olunandan sonra günlərin bir günü o məsələni eşidir və ağdamlı qardaşdan həmin qızılgüldən ona bir neçə calaq verməsini xahiş edir. Mən bu gün həyətdə salamladığım da həmin güllər imiş...
Dəyərli oxucu, mən dünyanın az qala yarısını gəzmişəm və min cür qızılgül növü görmüşəm, qoxulamışam. Səmimiyyətimə inanın ki, bu qoxuya planetin heç bir yerində rast gəlməmişəm. Mənə elə gəlirdi ki, qızılgül də artıq Ağdamın işğaldan azad olunduğuna bizim qədər sevinir, onun sevincini mən sanki duyur, hiss edirdim, Hava hədsiz tutqun və yağmurlu olsa da az qala həyəti öz məstedici qoxusu ilə doldurmaqla mənə "gözün aydın, Başlıbelin də azad olunub" demək istəyirdi sanki. Doyunca oxşadım onun çiçəklərini, yarpaqlarını, tikanlarını...
Sevinən təkcə insanlar deyilmiş ki. Təbiət də öz doğma sakinlərinin, ağaclarının, kollarının, güllərinin sevincinə şərikmiş...
Zülfüqar Hüseynzadə
Ötən il bələdiyyə müəssisələrindən nə qədər mənfəət vergisi daxil olub?
Təmraz Tağıyev: “Qanuna dəyişikliyin əsas məqsədi şəffaflığın təmin edilməsidir”
Vüqar Tofiqli: Bələdiyyələrin vahid informasiya sisteminin əsas üstünlüyü..
Nazir Fərid Əhmədov Özbəkistanda IV Beynəlxalq Hüquq Forumunda iştirak edir
Orxan Əliyev: “Belediyye.info” yalnız məlumat yayıcısı deyil, eyni zamanda...."
Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsinin elanına hazırlıq görülür
Siyavuş Novruzov: Bələdiyyələrin vahid informasiya sistemi korrupsiya hallarının qarşısını alacaq
Bələdiyyələrlə iş baş idarəsi tərəfindən videokonfrans formatında seminar-təlimlər keçirilib
“Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı layihənin icrasına start verilib
QHT Qəbələdə rayonunda tarixi-mədəniyyət abidələrin təbliğində bələdiyyələrin fəaliyyətini təkmilləşdirəcək
Qarabağ regional ədliyyə idarəsində bələdiyyə sədrləri və üzvləri üçün seminar keçirilib
Bərdə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə seminar-müşavirələr keçirilib
2025-ci ilin yanvar-mart aylarında Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında
Rəylər
0 Rəy