Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-04-2023 , 00:19

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Türkiyənin hərbi gücünü, hərbi sahədəki böyük uğurlarını dünyada hər kəs görür_ İcraçı direktor

Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə uğurla inkişaf edir. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın genişlənməsi üçün səmərəli istifadə edir. Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli inkişaf yolu keçib və dünyada söz sahibi olub. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyə artıq milli gəmisini, tankını, radar sistemini, pilotsuz uçuş aparatlarını özü istehsal edir. Siyasi, iqtisadi, hərbi, tibbi və təhsil sahələrində əldə olunan uğurlar Türkiyənin dirçəlişində önəmli rol oynayır. Türkiyə bu gün dünya miqyasında böyük güc mərkəzinə çevrilib. Hava limanları, yollar, körpülər və sair - bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili, dövlət siyasəti dayanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə söyləyib.

Bu qardaşlıq nümunəsinin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən Kənan Qubadzadə deyib: “Azərbaycan artıq regionda öz sözünü demiş bir ölkədir. Bunu mənəvi dəstək olaraq qardaş Türkiyədən hər zaman hiss edirik və bu, bizə daim ruh yüksəkliyi verir. Düşünürük ki, gələcəkdə də uğurlu layihələrə Türkiyə ilə birgə imza atacağıq. Yaxın gələcəkdə Qarabağdakı, bütün işlərdə qardaş Türkiyə Respublikasının özəl şirkətlərini görmək mümkündür. Çünki Türkiyə Qarabağ zonasında işlər görmək üçün Azərbaycana müraciət etmiş ilk ölkələrdəndir. Bu istiqamətdə olan layihələrdə Azərbaycan-Türkiyə əməkdaşlığı yüksələn xətlə inkişaf etdiriləcək”.

Onun sözlərinə görə, iki ölkə arasındakı qardaşlıq və müttəfiqlik Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsidir. Azərbaycan və Türkiyə dövlətləri arasında münasibətlər iki ölkənin rəhbərliyi tərəfindən daha yüksək səviyyəyə çatdırılmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

https://azertag.az

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024