Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-04-2023 , 16:31

10721

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycanda bələdiyyələrlə iş portalı yenilənib 

"Azərbaycanda bələdiyyələrlə iş portalı yenilənib. İnternet resursu Ədliyyə Nazirliyinin saytında ayrıca bölmə kimi yaradılaraq  müasir tələblərə uyğun hazırlanıb"- Bu barədə məlumatı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəis müavini Elmin Həsənov bildirib. 

Rəis müavini bildirib ki, bələdiyyələrin fəaliyyətində səmərəliliyin və aşkarlığın artırılması məqsədilə portalda ictimaiyyət üçün açıq olan faydalı bölmələr, o cümlədən ölkədə yerli özünüidarəetmə sisteminin tarixi, hazırkı dövrədək keçirilən bələdiyyə seçkiləri və onların nəticələri, hər bir bələdiyyə sədri, üzv və qulluqçuları, əlaqə vasitələri, geolokasiyası və s. barədə məlumatlar yerləşdirilib.

Eyni zamanda internet resursunda yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinin gördüyü işlər – metodoloji yardım və inzibati nəzarət tədbirləri öz əksini tapıb. Portal bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət icraatının avtomatlaşdırılmış rejimdə aparılmasını, o cümlədən elektron sənəd mübadiləsini mümkün etməklə, həmçinin bələdiyyələrə şəxsi kabineti vasitəsilə iclas protokollarını (aktlarını) elektron qaydada tərtib etmək imkanı yaradır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ağdaşdan "bir fırtına" keçdi...


Gündəlik Xəbərlər
29-08-2025
1087

Özünüzü yığışdırın, ayıbdır!!! CİDDİ

Gündəlik Xəbərlər
26-08-2025
1427

RİH-lərin ləğvi zəruriətə çevrilsə də...

Gündəlik Xəbərlər
18-08-2025
1826