Azərbaycan nümayəndə heyəti Monitorinq Komitəsinin Osloda keçirilən iclasında iştirak edib
İclas Avropa Şurası Konqresinin prezidenti Qun Marit
Helgesen, Oslo bələdiyyəsinin sədri Anne Lindbö, Monitorinq Komitəsinin
prezidenti Kristoffer Tamsons və Konqresin baş katibi Mathieu Morinin iştirakı
ilə keçirilib. Səsvermənin nəticələrinə əsasən Çexiyanı təmsil edən Yana
Fişşerova Monitorinq Komitəsinin 5-ci vitse-prezidenti seçilib.
Baş katib Mathieu Mori çıxışında Ümumdünya Şəhərsalma Forumu
çərçivəsində Azərbaycana səfəri zamanı Azərbaycan Bələdiyyələrinin Milli
Assosiasiyasında (ABMA) Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşü xüsusi
vurğulayaraq, bu görüşün Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın
genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
İclasda Avropa Yerli Özünüidarəetmə Xartiyasının Albaniya və
İsveçrə üzrə tətbiqinin monitorinqi, Kosova, Bosniya və Herseqovina, Niderland,
Serbiya, Birləşmiş Krallıq və Sloveniyada keçirilmiş yerli və regional seçkilərin
müşahidəsinin nəticələri, həmçinin Rumıniya, Moldova, Macarıstan, Türkiyə və
Ukraynada yerli demokratiyanın vəziyyəti ilə bağlı məsələlər müzakirə olunaraq
müvafiq qətnamə və tövsiyələr qəbul edilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə
heyəti “Yerli və regional səviyyələrdə demokratik hazırlıq” mövzusunda
seminarda da iştirak edib.
Rəylər
0 Rəy