Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-01-2026 , 14:31

478

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Türk dövlətləri bələdiyyələrinin əməkdaşlığı dostluğumuzu daha da möhkəmləndirir” - Təmraz Tağıyev


Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB)  İdarə Heyətinin növbəti toplantısı Qaziantepdə Şahin bələdiyyəsinin ev sahibliyi ilə keçirilib.

Belediyye.info xəbər verir ki, iclasda Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Şimali Kipr, Kosovo, Livan və Türkiyədən idarə heyətinin üzvləri iştirak ediblər. İdarə heyətinin iclasına Ədalət və İnkişaf Partiyasının başqan köməkçisi Kürşad Zorlu da qatılıb, ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov təmsil ediblər.

İdarə heyətinin iclasında ölkəmizi  təmsil edən idarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev çıxış edib.

Sədr çıxışında bildirib ki, hər il Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi ilə həyata keçirilən layihələrin və əməkdaşlığın sayı artır və təşkilat türk dövlətlərinin yerli hökumətləri arasında böyüyür: “Bu səbəbdən Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahimə, Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi cənab Fahri Solaka və Türk Dünyası Bələdiyyələr Birliyinin bütün komandasına təşəkkür etmək istəyirəm”. 

Təmraz Tağıyev daha sonra qeyd edib ki, yerli hökumətlər cəmiyyətin gündəlik həyatına ən yaxın olan və vətəndaşların ehtiyaclarını ən tez ödəyən inzibati strukturlardır: “Buna görə də, yerli səviyyədə qurulan güclü əməkdaşlıqlar bölgələrimizdə inkişafın əsasını təşkil edir. Bələdiyyələr arasında yerli əməkdaşlıqdan əlavə, sərhədyanı əməkdaşlığın da əhəmiyyətini vurğulamaq istərdim. Azərbaycan bələdiyyələri olaraq, qonşu bölgələrlə məlumat və təcrübə mübadiləsinin yalnız yerli hökumətlərin potensialını gücləndirmədiyinə, həm də bölgələr arasında qarşılıqlı etimad və sabitliyi artırdığına inanırıq. Birgə layihələrin həyata keçirilməsi nəqliyyat, ətraf mühit, turizm və iqtisadi inkişaf kimi sahələrdə yeni imkanlar yaradır”. 

Sədr qeyd edib ki, Azərbaycan rk Dünyası Bələdiyyələr Birliyinin təsisçi üzvlərindən biridir və son 20 ildə Azərbaycan bələdiyyələri Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi ilə Türk dünyasının digər bələdiyyələri ilə bir sıra layihələr həyata keçiriblər: “Ötən dövrdə bu birgə layihələr çərçivəsində Türkiyə, Şimali Kipr və Bosniya və Herseqovina bələdiyyələri ilə onlayn görüşlər keçirilib və bələdiyyə idarəetmə mexanizmləri ilə bağlı məlumat və təcrübələr paylaşılıb. Ötən ilin sentyabr ayında Kipr Türk Bələdiyyələr Birliyi (KTBB) ilə Azərbaycan Şəhər Bələdiyyələr Birliyi (AŞBMA) arasında yerli idarəetmə sahəsində əməkdaşlığı müəyyən edən protokol imzalanıb. Bundan əlavə, Azərbaycanın bir neçə şəhər bələdiyyəsi Türkiyə bələdiyyələri ilə qardaş şəhər münasibətləri qurub; ümid edirik ki, bu cür təcrübələr digər türk dövlətlərindəki bələdiyyələrlə də davam edəcək.

Türk dövlətlərinin bələdiyyələri arasında artan bu əməkdaşlıq xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə və gələcəkdə daha təhlükəsiz və dayanıqlı bir bölgənin yaradılmasına töhfə verir. Azərbaycan bələdiyyələri olaraq, Prezidentimiz İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi siyasəti dəstəkləmək üçün türk dövlətlərinin yerli administrasiyaları ilə əməkdaşlığımızı daha da inkişaf etdiririk və gələcəkdə Azərbaycan bələdiyyələri birgə layihələrə və təcrübə proqramlarına töhfə verməyə davam edəcəklər”.

İdarə heyətinin iclasında bir sıra məsələlər müzakirə edilərək qəbul edilib.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
705

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
577

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1018

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
959

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
617

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
633

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
782

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
689

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
776

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
683

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
858