Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ
Bu gün bələdiyyə sədri fəaliyyəti dövründə uğura imza atmaq niyyətindədrisə ilk növbədə bələdiyyə-icra münasibətlərinə diqqətlə və həssaslıqla yanaşmalıdır. Deyim ki, siyasi rəhbər yerində olarsa bu uğura daha tez nail olmaq olur. Gəlin etiraf edək ki, bu həm də günün reallığıdır.
Müşahidələrə əsaslanaraq belə qənaətə gələ bilərik ki, 2025-ci ildə büdcə gəlirləri 100 min manatı keçən kənd, qəsəbə və şəhər bələdiyyələri sədr başda olmaqla kollektivin birgə səyi ilə yanaşı, həm də rayonun siyasi rəhbərinin dəstəyi ilə bu uğura imza ata biliblər.
İndiki
reallıqda bələdiyyə-icra münasibətləri sivil münasibətlər üzərində qurularsa, həmin
bələdiyyə həm ciddi layihələri icra etmək, həm də büdcə gəlirlərini artırmaq
şansı qazanır. Bu gün Sumqayıt, paytaxtın
Səbail, Nərimanov, Nəsimi, Binəqədi, Xətai,
Yasamal, Sabunçu, Suraxanı, Gəncənin Kəpəz
və Nizami, rayonlardan Ağcabədi, Salyan,
Yevlax, Saatlı, Masallı, Sabirabad, Qax, Cəlilabad, İmişli, Bərdə, Şabran, Siyəzən və Şəmkir bələdiyyələrinin
uğurları göz önündədir. Bu uğura imza atan və yuxarıda adları çəkilən bələdiyyələrin təmsil etdikləri
şəhər və rayon icra hakimiyyətlərinin başçılarının birbaşa dəstəyi ilə həmin ərazidə
çəki və nufuz sahibidirlər. Bu dəstəyi
göstərməklə elə də ciddi səlahiyyəti qalmayan siyasi rəhbərlər həm də öz nüfuzlarını
artırmış olurlar.
Əlavə
edim ki, ölkəmizdə 74 şəhər, ümumilikdə isə 685 bələdiyyə formalaşdırılıb.
Maraq
doğuran məqam ondadır ki, bu fikirləri digər 50- ə yaxın rayon haqqında söyləyə
bilmirik.
Çünki
həmin rayonların siyasi rəhbərləri bütün hallarda bələdiyyələri bir qurum kimi
qəbul etmir və hətta həyata keçirilən layihələrin əsas icraçısı bələdiyyə olsa da,
paylaşdıqları məlumatlarda bələdiyyənin
adını bir cümlədə belə çəkməyə əziyyət çəkirlər. Çünki siyasi rəhbərlərdəki qısqanclıq
hissi hələ də onlardan getməyib.
Necə
ola bilər siyasi rəhbər bələdiyyələrdən torpaq ayrılması ilə üçün tələb olunan rəylə bağlı müraciətlərə yalnız
özünün şəxsən “tanıdığı” və əlaqə saxladığı sədrlərə müsbət cavab verir?
Niyə
son beş ildə bir bələdiyyənin hansısa
marionet məmurun sözü ilə dörd dəfə bələdiyyə
sədri dəyişməlidir?
Niyə paylaşılan
məlumatlarda bələdiyyələrin adları belə çəkilmir? Layihəni maliyyələşdirən bələdiyyə,
tədbiri təşkil edən bələdiyyə, əziyyəti çəkən bələdiyyənin kollektivi, amma bir
yerdə bələdiyyənin adı çəkilmir.
Niyə vətəndaş
qəbullarında hər dəfə bələdiyyə sədrləri “yüklənir”. Əziyyət çəkib bələdiyyəyə
dəstək verin, sonra “yükləyin”də. Ayıb deyilmi?
Mən hələ
qohum əqrabasını bələdiyyələrə yerləşdirən siyasi rəhbərlərə və məmurlara
toxunmuram. Bu ayrı bir yazının mövzusudur.
Bələdiyyələrə
bu cür münasibətin göstərilməsi yolverilməzdir, konkret. Bu cür müansibət nəticədə
RİH strukturlarının ləğvinə səbəb olacaq. Yazdim ki, məlumatınız olsun. Struktur dəyişikliyi
bu prosesdə atılan ilk addım idi. Növbəti addım da isə.... Nə isə.
Vüqar
Tofiqli
Rəylər
0 Rəy