Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-10-2025 , 15:20

1211

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə üzvlərinin daxil olduğu Azərbaycan nümayəndə heyəti Strasburqa yola düşüb

Azərbaycanın bələdiyyə üzvlərindən ibarət nümayəndə heyəti Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin  növbəti sessiyasının işində iştirak etmək üçün Strasburq şəhərinə yola düşüb”- bu fikirləri Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibinın rəsmi məktubu ilə Konqresdəki Azərbaycan nümayəndə heyəti qurumun növbəti Sessiyasında iştirak üçün dəvət olunmuşdur.

Sessiya 26-31 oktybar 2025-cü il tarixlərində Strasburq şəhərində keçiriləcəkdir. Sessiya zamanı bir sıra Avropa Şurası ölkələrində Avropa Yerli özünüidarəetmə Xartiyasının tətbiqinin və seçki nəticələrinin monitorinqinin müzakirəsi də planlaşdırılır.

Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Nərimanov bələdiyyəsinin üzvü  Samirə Hüseynova və ABMA-nın məsul əməkdaşı Rövşən Məmmədov daxildir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
459

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
751

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
729

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
605

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
828

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
726